![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/5/5c/Autograph_of_Eastern_poem_to_death_of_Pushkin.jpg/640px-Autograph_of_Eastern_poem_to_death_of_Pushkin.jpg&w=640&q=50)
Puşkinin ölümünə Şərq poeması
From Wikipedia, the free encyclopedia
"Puşkinin ölümünə Şərq poeması"[2] (fars. مرثیهٔ شرق در وفات پوشکین, translit. Mərsiyə-yə şərq dar vəfat-e Puşkin) — Mirzə Fətəli Axundov tərəfindən 1837-ci ildə yazılmış poema[3], qəsidə[4]. Poema rus şairi Aleksandr Puşkinin vəfatı ilində yazılmışdır və onun ölümünə həsr olunmuşdur. Əsər fars dilində klassik şərq poeziyası üslubunda yazılıb[5][6].
![]() |
Bu məqalə Mirzə Fətəli Axundovun müəllif olduğu "Puşkinin ölümünə Şərq poeması" haqqındadır. Digər mənalar üçün Şərq poeması (dəqiqləşdirmə) səhifəsinə baxın. |
Puşkinin ölümünə Şərq poeması | |
---|---|
fars. مرثیهٔ شرق در وفات پوشکین | |
![]() Poemanın avtoqrafı[1] | |
Janr | Ağı, qəsidə |
Müəllif | Mirzə Fətəli Axundov |
Orijinal dili | fars dili |
Yazılma ili | 1837 |
Nəşr ili | 1837 |
Nəşriyyat | Yazıçı |
![]() |
Bu Axundovun orijinalda qalmış ikinci bədii əsəridir[7][6]. Poema müəllifin dərc edilmiş ilk işi idi[8] və onun ilk mühüm əsəri sayılır[3].
Poemanı Azərbaycan dilinə Böyükağa Qasımzadə, Mikayıl Müşfiq və Maarif Soltan tərcümə etmişdilər. Rus dilinə sətri tərcüməni ilk dəfə 1837-ci ildə müəllifin özü etmişdir, sonradan Aleksandr Bestujev-Marlinski də rus dilinə yeni sətri tərcüməni təqdim etmişdir. Həmçinin, İosif Qrişaşvili, Aşot Qraşi, Zəki Nuri, Qədir Mirzə Əli və s. tərcümə işlərini görmüşdülər.
1937-ci il fevralın 8-də qəsidə İran və Əfqanıstan üçün Moskvadan Puşkinə həsr olunmuş yubiley radiokonsert tədbirində oxunmuşdur[4]. Cəfər Xəndanın tərtib etdiyi poemanın sözləri əsasında Süleyman Ələsgərov ballada-romans bəstələmişdir.