From Wikipedia, the free encyclopedia
Power-up (ing. power – güc, up – yuxarı) — videooyunlarda oyun mexanikası olaraq oyunçu personaja müvəqqəti fayda və əlavə bacarıqlar verən əşya. Adətən oyunçunun ona toxunması ilə əldə olunan "power-up" əşyaları bəzən bir neçə əlaqədar əşyanın yığılması ilə də əldə oluna bilər. Populyar mədəniyyətdə öz yerini tapmış ən çox tanınan "power-up" əşyalarına "Pac-Man" seriyasındakı güc kürəcikləri[2][lower-alpha 1] və "Mario" seriyasındakı super göbələk aiddir.[4]
"Power-up" əşyaları adətən oyun dünyasına ya əvvəlcədən yerləşdirilirlər, ya ixtiyarı şəkildə spaun olurlar, ya döyülmüş düşmənlərdən düşürlər, ya da ki konteyleri qırdıqdan sonra düşürlər. "Power-up" adətən labirint, "shoot 'em up", birinci şəxs atıcı və platforma oyunları kimi döyüşəmeyilli videooyunlarda tapılır.
1980-ci ildə satışa çıxarılmış "Pac-Man" videooyunu "power-up" mexanikasından istifadə edən ilk videooyun hesab edilir.[3] Oyundakı hər labirintdə dörd güc kürəciyi var, hansı ki, baş qəhrəmana ruhları yemək bacarığını verir.[5][6] Güc kürəcikləri populyar mədəniyyətdə öz yerini tapmış və videooyunların uşaqlara təsiri ilə bağlı bir zarafata çevrilmişdir.[7]
1984-cü ildə satışa çıxarılmış "Sabre Wulf" videooyununda "power-up" əşyaları çiçəklənən zaman sürətlənmə və ölümsüzlük effektlərini verən çiçəklər kimi təqdim olunmuşdur.[8]
1985-ci ildə satışa çıxarılmış "Super Mario Bros." video yunu populyar mədəniyyətə daxil olmuş Super göbələyi (ing. Super Mushroom) təqdim etmişdir.[1]
"Konami" şirkətinin 1985-ci ildə satışa çıxartdığı "Gradius" videooyununda ilk dəfə seleksiya sayğacından istifadə etmişdir. Bu sayğac vasitəsilə oyunçular istədikləri "power-up" əşyalarını aktivləşdirə bilirlər.[9]
1986-cı ildən sonra daimi "power-up" əşyaları konsepsiyası döyüş rol videooyunlarına "bacarıq" (ing. Perk) cildində daxil olmuşdur.[10]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.