Kastiliya kraliçası From Wikipedia, the free encyclopedia
Portuqaliyalı İzabella (isp. Isabel de Portugal; 1428, Portuqaliya krallığı – 15 avqust 1496) – Kastiliya kralı II Conun xanımı.
Portuqaliyalı İzabella | |
---|---|
17 avqust 1447 – 22 iyul 1454 | |
Əvvəlki | Araqonlu Mariya |
Sonrakı | Portuqaliyalı Yuanna |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1428 |
Doğum yeri | |
Vəfat tarixi | 15 avqust 1496 |
Fəaliyyəti | royal consort of Castile[d] |
Atası | İnfant Con |
Həyat yoldaşı |
|
Uşaqları | |
Ailəsi | Avis sülaləsi |
Dini | katolisizm |
Vikianbarda əlaqəli mediafayllar |
İzabella Portuqaliyanı 1385-ci ildən bəri idarə edən Aviz sülaləsinə mənsub idi. Atası Con Portuqaliya kralı I Juanın ən kiçik oğlu, anası İzabella isə yenə kralın qeyri-məşru oğlu olan Braqanza hersoqunun qızı idi.
İzabella 1447-ci ildə Kastiliya kralı II Conla evləndi. Kralın ilk xanımı olan Araqonlu Mariyadan 4 övladı dünyaya gəlsə də, bunlardan yalnız bir oğlu - gələcəkdə taxta çıxan Henri yetkinlik yaşına çatmış, onun Navarralı II Blanşla olan evliliyindən isə övladı olmamışdı. Bu səbəblə II Con həm özünə, həm də krallığa vəliəhd qazanmaq məqsədilə daha gənc bir xanımla, daha çox da fransız əsilli bir şahzadəylə evlənmək niyyətində idi. Ancaq kral, yaxın adamı Alvaro Lunanın da təzyiqi altında Portuqaliya ilə sülhü təmin etmək üçün yeni xanımını bu ölkədən seçməyə qərar verdi. Beləcə, cütlüyün toy mərasimi 22 iyul 1447-ci ildə baş tutdu.
Sarayda güclü nüfuza malik olan Alvaro Luna uşaqlığından bəri kralı təsiri altında saxlayırdı və evləndikdən sonra da bu təsirini davam etdirmək niyyətində idi. Ancaq yeni kraliça ilə münasibətləri pis idi və onunla kral üzərində nüfuz çatışmasına girişdi. Hətta sarayda gəzən şayələrə görə, keçmiş kraliçanı vaxtilə zəhərləyərək öldürən Alvaro Luna, bu dəfə də kralın yeni xanımını aradan götürməyi planlaşdırırdı. Kraliça İzabella öz adını verdiyi qızı İzabellanın 1451-ci ildə doğumuna qədər bu mübarizəni davam etdirdi.
1453-cü ildə Alvaro Lunanın bir əsilzadəni kral əmri olmadan edam etdirməsindən sonra ikilinin münasibətləri pisləşdi. Belə ki, xanımının da təsiriylə kral yaxın adamını həbs etdirdi və daha sonra Luna edam edildi. Ən yaxın adamının ölümündən sonra depressiyaya düşən II Conun səhhəti pisləşdi. 15 noyabr 1453-cü ildə İzabella ən kiçik övladı olan Alfonsonu dünyaya gətirdi ancaq bundan bir neçə ay sonra kral yatağa düşdü. Bir il keçmədən 20 iyul 1454-cü ildə kral vəfat etdi və ilk evliliyindən olan oğlu Henri taxta çıxdı.
IV Henri taxta çıxdıqdan sonra özündən 3 yaş kiçik ögey anasını və 2 ögey bacı-qardaşını Arevalo qəsrinə həbs etdirdi. Dul kraliça anasının da yardımıyla övladlarını burada sərt bir şəraitdə böyütməyə başladı. IV Henrinin xanımı Yuannanın yeganə övladına hamilə olduğu (şayələrə görə, kraliça saraydakı sevgilisi Beltran Kuevadan hamilə idi) 1461-ci ildə dul kraliça övladlarından məcburi şəkildə ayrıldı.
Araqon kralı V Alfonso 1458-ci ildə şübhəli şəkildə vəfat etdi və taxta qardaşı II Con çıxdı. Dul kraliçanın böyük qızı Kastiliyalı İzabella isə həm anasını həbsdən xilas etmək, həm də siyasi güc qazanmaq məqsədilə önəmli evlilik niyyətində idi. Belə ki, 1469-cu ildə qardaşından guya anasını ziyarət etmək üçün icazə istəyərək gizlicə Valyadolidə getdi və burada yeni kralın oğlu və vəliəhdi Ferdinandla evləndi.
IV Henri isə 1474-cü ildə vəfat etdi və qızı Yuanna (halbuki sarayda onun qeyri-məşru olduğuna inanılırdı) Kastiliya kraliçası olmaq üçün namizədliyini irəli sürdü. Ancaq sabiq kralın qızı olaraq Kastiliyalı İzabella həm ailə şəcərəsi, həm də siyasi evliliyi səbəbilə taxta layiq görüldü və Kastiliya kraliçası seçildi. Qızının səltənəti illərində Portuqaliyalı İzabella rahat həyat yaşadı və 1496-cı ildə ölümünədək hər il qızı tərəfindən ziyarət edildi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.