Portuqaliya Avroviziya Uşaq Mahnı Müsabiqəsində
From Wikipedia, the free encyclopedia
Portuqaliya Avroviziya Uşaq Mahnı Müsabiqəsində ilk dəfə 2006-cı ildə iştirak etmişdir. Ölkə 2006 və 2007-ci illərdə müsabiqədə qazandığı uğursuz nəticələr səbəbindən növbəti illərdə müsabiqədə iştirakdan imtina etmişdir. Portuqaliya bir daha Avroviziya Uşaq Mahnı Müsabiqəsinə doqquz illik fasilədən sonra 2017-ci ildə geri dönmüşdür.
Cəld faktlar
Bağla