2006 Avroviziya Uşaq Mahnı Müsabiqəsi
From Wikipedia, the free encyclopedia
2006 Avroviziya Uşaq Mahnı Müsabiqəsi - uşaqlar üçün təşkil olunan 4-cü müsabiqə idi.Bu dəfəki yer Rumıniyanın paytaxtı Buxarest idi. Müsabiqənin təşkil olunduğu stadionun adı 'Sala Polivalentă' idi. Bu il müsabiqədə 15 ölkə iştirak etdi. Portuqaliya, Serbiya və Ukrayna bu il müsabiqədə ilk dəfə iştirak edirdilər. Ötən il mahnısını seçsə də iştirak edə bilməyən Kipr bu il yenidən iştirak etdi. Keçən il müsabiqədə iştirak etmiş Danimarka, Litva və Norveç bu il müsabiqədə iştirak etmədilər. Böyük Britaniya da bu il müsabiqədə iştirak etməyəcəyini açıqladı.
2006 Avroviziya Uşaq Mahnı Müsabiqəsi | |
---|---|
Final | 2 dekabr 2006 |
Aparıcı(lar) | Andreea Marin Bănică |
Kanal | Rumıniya, TVR |
Keçirilən yer | Rumıniya, Sala Polivalentă, Buxarest |
Qalib mahnı | The Tolmaçevo Tvins, Vesna |
Seçki sistemi | Hər ölkə 10 favorit mahnısını 1-8, 10 və 12 xalla qiymətləndirəcək. |
İştirakçıların sayı | 15 |
İlk dəfə iştirak edən ölkələr | Portuqaliya, Ukrayna, Serbiya |
İştirakdan imtina edən ölkələr | Danimarka, Latviya, Norveç, Birləşmiş Krallıq |
Avroviziya Uşaq Mahnı Müsabiqəsi | |
◄ 2005 2007 ► |
Bu ilki müsabiqəni Rusiyanı təmsil edən The Tolmaçevi Tvins 154 xal yığaraq qalib oldu. Mahnılarının adı Vesna idi (Azərbaycanca:Bahar Cazı).
Keçən ilin qalibi Belorusu təmsil edən Ksenia Sitnik bu ilin qalibinə mükafatı təqdim etməsiylə budəfəki müsabiqə sona çatdı.