From Wikipedia, the free encyclopedia
redaktə
Əzizinəm, Qarabağ Şəki, Şirvan, Qarabağ Aləm cənnətə dönsə Yaddan çıxmaz Qarabağ!
Qarabağ - Azərbaycanın ən qədim tarixi vilayətlərindən biridir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın adı Azərbaycan dilindəki "qara" və "bağ" sözlərindən əmələ gəlmişdir. "Qara" və "bağ" söz birləşməsi Azərbaycan xalqının özü qədər qədim tarixə malikdir. Dünyanın hər yerində bu söz birləşməsinin Azərbaycanın konkret ərazisinə aid edilməsi də danılmaz həqiqətdir. Azərbaycan xalqının öz doğma torpağının bir parçasına verdiyi "Qarabağ" sözü ilk mənbələrdə hələ 1300 il bundan əvvəl (VII əsrdən) işlənmişdir. Qarabağ əvvəllər bir tarixi-coğrafi anlayış kimi konkret məkanı bildirmiş, sonra isə Azərbaycanın geniş coğrafi ərazisinə aid edilmişdir. "Qarabağ"ın Azərbaycanın konkret bir vilayətinin, bir bölgəsinin adı kimi formalaşması tarixi onun etimologiyasının daha elmi şəkildə izahına imkan verir. Çünki, Azərbaycan dilində (həmçinin başqa türk dillərində) "qara"nın rəngdən başqa "sıx", "qalın", "böyük", "tünd" və başqa mənaları da vardır. Bu baxımdan, "Qarabağ" termini "qara bağ", yəni "böyük bağ", "sıx bağ", "qalın bağ", "səfalı bağ" və s. mənası kəsb edir. redaktə
Seçilmiş məqaləDağlıq Qarabağ Azərbaycan Respublikasının qərb bölgəsidir. 1991-2020-ci illərdə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Dağlıq Qarabağ Azərbaycanın cənub-qərbinin mərkəzi hissəsində yerləşir. Sovet hakimiyyəti dövründə burada Ərazisi 4,4 min kv.km yaxud Azərbaycan Respublikası ümumi ərazisinin 5,1 faizini təşkil edən Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı. 1970-ci ildə aparılmış siyahıya almaya əsasən Dağlıq Qarabağ Muxtar Vilayətinin 150.313 nəfər əhalisi olmuşdur. Vilayətin tərkibinə Əsgəran rayonu, Hadrut rayonu, Mardakert rayonu, Martuni rayonu, Şuşa rayonu və vilayət tabeli Stepanakert şəhəri daxil idi. Tarixən Qafqaz Albaniyasının (Arranın), Sünik knyazlığının (Artsax çarlığının), Xəmsə məlikliklərinin, Qarabağ xanlığının, Azərbaycan Xalq Cümhuriyyətinin, Azərbaycan Sovet Respublikasının tərkib hissəsi olmuşdur. İndiki Azərbaycan Respublikasının tərkib hissəsidir. 2020-ci ilə qədər ətraf ərazilərlə yanaşı (cəmi 11 min km²) Ermənistan Respublikasının işğalı altında olub. Azərbaycanın "musiqi akademiyası" kimi tanınır. Tarixən indiki azərbaycanlıların yaşadığı bölgədir. 1814-cü ildən başlayaraq ermənilərin Azərbaycana kütləvi şəkildə köçürüldüyü ərazilərdən biridir. Ermənidilli mənbələrdə adı Arsak kimi işlənir. redaktə
Seçilmiş şəkilredaktə
Seçilmiş şəxsiyyətÜzeyir Hacıbəyov və ya Üzeyir Hacıbəyli (tam adı: Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyov; 18 sentyabr 1885, Ağcabədi – 23 noyabr 1948, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı bəstəkar, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi. Üzeyir Hacıbəyovun əsərləri dünya musiqi incilərindən hesab edilir. Azərbaycanın əməkdar incəsənət xadimi (1935), SSRİ xalq artisti (1938), Stalin Mükafatı laureatı (1941), "Lenin Ordeni" və "Qırmızı Əmək Bayrağı" ordeni laureatı, Azərbaycan Elmlər Akademiyasının akademiki (1945), professor (1940), Azərbaycan Bəstəkarlar İttifaqının sədri (1938-1948), Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1928-1929, 1939-1948), Azərbaycan EA İncəsənət İnstitutunun direktoru (1945-1948). Azərbaycan SSR və Azərbaycan Respublikası himnlərinin bəstəkarı, müsəlman olan ilk opera müəllifi. redaktə
Xarici keçidlər
redaktə
TəqvimSentyabr
redaktə
Tarixə nəzərQarabağ xanlığı — 1747-1805-ci illər arasında müasir müasir Azərbaycan ərazisində, Kür və Araz çayları arasındakı sahədə mövcud olmuş, Qacar xanədanının hegemoniyası altında, de-fakto müstəqil feodal dövləti, xanlıq. Digər Azərbaycan xanlıqları kimi Səfəvilərin süqutundan sonra yaranmış və Rusiyanın Qafqazı işğalı zamanı zəbt edilmişdir. İbrahimxəlil xan ilə Rusiya generalı Sisianovun arasında imzalanmış Kürəkçay müqaviləsinə görə Rusiya imperiyasının tərkibinə keçmişdir. İran və Rusiya arasında imzalanmış Gülüstan (1813) və Türkmənçay müqavilələri (1828) nəticəsində Qacar dövləti buranın Rusiyaya birləşməsinə razılıq vermişdir. Rusiya İmperiyasının Xəzər vilayətinin, daha sonra Yelizavetpol quberniyasının tərkibində olmuşdur. redaktə
Mədəni irsiAşağı Gövhər Ağa məscidi (1874-1875) — Şuşa şəhərinin aşağı məhəlləsində yerləşən dini-tarixi abidə. Gövhər ağa 19-cu əsrin 3-cü rübündə Şuşada məscid inşa etdirdi ki, bu indi "Aşağı Gövhər ağa məscidi" adlanır və xarabalığı hal-hazırda Şuşada durur. 1884/1885-cı illərdə isə o, Şuşada vaxtilə ata-babasının tikdirdiyi məscidi təmir və bərpa etdirdi, hansı ki, həmin məscid hal-hazırda da durur və "Yuxarı Gövhərağa məscidi" adı ilə tanınır. Aşağı Gövhər ağa məscidinin (tikildikdən sonra bu məscid belə adlandı) baş fasadı xüsusi bədii memarlıq həllinə malikdir. Məscid 1874-1875-ci illərdə inşa edilmişdir. Məscidə giriş hissəsi üç tağbəndli geniş eyvanla seçilir. Bütün ciddiliyi ilə simmetriyaya tabe edilən bu üç tağbənd mərkəz nöqtəsindən bərabər məsafədə qoyulmuş bir cüt səkkizbucaqlı daş sütun və kənarlarda yerləşdirilmiş digər iki yarımsütun üzərində quraşdırılmışdır. redaktə
Mərhəmət1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri Rusiyanın 366-cı motoratıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırım. Qətlə yetirilənlərin sayı 613 nəfər, bunlardan 63 uşaq, 106 qadın və 70 qoca olmuşdur. 8 ailə tam məhv edilmiş, 25 uşaq hər iki, 130 uşaq isə bir valideynini itirmiş, 487 yaralının 76-sı uşaqlar olmuş, 1275 nəfər əsir alınmış, 150 nəfər itkin düşmüşdür. Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir. redaktə
Kateqoriyalarredaktə
Əlaqəli portallar
|
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.