Zərdab
Azərbaycanda şəhər From Wikipedia, the free encyclopedia
Azərbaycanda şəhər From Wikipedia, the free encyclopedia
Zərdab – Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati mərkəzi.
Bu məqalə Zərdab şəhəri haqqındadır. Zərdab rayonu üçün Zərdab rayonu səhifəsinə baxın. |
Şəhər | |
Zərdab | |
---|---|
40°12′40″ şm. e. 47°42′39″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | −3 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Öz coğrafi mövqeyinə görə bir zamanlar Kürdən əlverişli keçid kimi mühüm strateji rol oynamışdır. Zaman-zaman uzaq ölkələrdən yola çıxan səyyahlar, karvanlar və qoşunlar Kür çayını Zərdab ərazisindən keçmişlər. Mənbələrdə göstərilir ki, Şah İsmayıl Xətai Səfəvi qoşunları 1500 −1501-ci illərdə Ərzincandan Təbrizə hərəkət edərkən indiki Zərdab şəhərinin qarşısından Kürü keçmiş, Şamaxıya getmişdir. 1 Şah Təhmasib öz ordusuyla Şirvana (1538-ci il) və Şəkiyə (1551) hərəkət edərkən Cavaddan Kürü keçmiş, Zərdaba gəlmiş, buradan Qəbələyə, sonra Şamaxıya yürüş etmişdir. Professor Oqtay Əfəndiyev Azərbaycan Səfəvilər dövləti əsərində belə yazır:
I Şah Təhmasib Gürcüstan yürüşündən qayıdarkən Gəncədən keçdi, Yevlax adlanan yerdə dayandı… Zilhiccənin 11-də (fevralın 2-də) (bu, tarixi mənbələrdə Zərdabın qədim adını ifadə edir) keçidinin yanından Kürü keçdi… Əli Şabana gəldi.
Ötən əsrin 70-ci illərində Zərdab ərazisində görülən meliorasiya işləri zamanı bu yerlərdən keçən qədim karvan yolları boyunca ovdanlar, küp qəbirlər, əsrlər boyu torpaq altında qalsa da rəngini və keyfiyyətini itirməyən çini və keramik qablar, Eldəgizlər və digər hakimiyyətlər dövründə buraxılmış mis pullar, qadın bəzək şeyləri, məişət və mədəniyyət əşyaları üzə çıxırdı və indi bunların bir çox nümunələri Zərdab tarix diyarşunaslıq muzeyində eksponad kimi nümayiş etdirilir. Ümumiyytlə 1578-ci ilə aid tarixi mənbələrdə Zərdabın adına rast gəlinir.
Bir çox mənbələr Zərdab adını fars dilində zərd (sarı) və ab (su) sözlərinin birləşməsindən yarandığını göstərir, xəstəlik yayan sarı su mənasını verdiyini bildirir. Bəzi tədqiqatçılar isə bu adın axmaz, gölməçə mənasında işlədildiyini iddia edirlər. Amma yararlı boş sahələr olduğu halda insanların özləri də "xəstəlik yayan sarı su" adlandırdıqları yerdə məskunlaşmaları təbii suallar doğurur və o qədər də ağıla batmır. N. Zeydlisin "Bakı quberniyası" kitabındakı izahat isə maraqlıdır. N. Zeydlis yazır ki, ilk vaxtlar Zərdab sözü soyuq su mənasında işlədilmişdir. Həmin kitabda qeyd olunur ki, müəllifə yer adlarının izahında Mirzə Fətəli Axundov kömək etmişdir. Bir fərziyyəyə görə Zərdab qızıl (zər) və su (ab) mənasını verir. Çünki o vaxtlar Kür və Qarasu çayları daşırdı. Çökəklərdə-axmazlarda qalan su əkinlər və əkinçilər üçün qızıl qədər əhəmiyyətli idi. Hər il öz bəndlərini aşıb daşan bu sular torpaqları yuyaraq həm həqiqi, həm də məcazi mənada təmizləmişlər. Ola bilsin ki, bəzi tədqiqatçıların Zərdabı 'Beynəlnehreyn' (aydan arı, sudan duru) adlandırması da məhz bundan irəli gəlib. Olsun ki, məhz bu təmizlik bir sıra müqəddəs insanları bu torpağa çəkmişdir. Bunu bu torpaqda uyuyan neçə-neçə övliyalar, seyidlər, şıxlar da sübut edir.
'Allahın dostları' kitabında göstərilir ki, Hicrətin 30-cu ilində (Miladi 650-ci illər) Həzrəti Əlinin başçılıgı ilə ərəblər islamı yaymaq üçün Azərbaycana gəlmişlər, Tuqay meşələri yaxınlığındakı Suffin şəhəri ərazisində Suffin döyüşü olmuşdur. Bu ərazi Zərdabın indiki Yuxarı Seyidlər kəndinin yerində olan Yasər şəhərinin bir hissəsidir. Deyilənlərə görə peyğəmbərimizin müridi Veysəl Qərani də burada şəhid olmuşdur. Neçə illərdir ki, bu yerlər ziyarətgaha (Veysəlqara ziyarətgahı) çevrilmişdir.
İbn Cövşən və Əli İstəxrinin kitablarında Bərzəng (Bərzənd yaxud Bərdic) adlı şəhərdən söz açılır ki, bu da XII–XIII əsrin ən böyük şəhərlərindən hesab edilmişdir. Bu şəhər Zərdabın indiki Körpükənd kəndinin ərazisində olmuşdur. Zərdabın diğər kəndi- Əlvəndin də qədim tarixə malik olması söylənilir. Şərqdə ilk ipək, biyan kökü və qənd ustehsal edən sexləri bu kənddə açılıb. A. Bakıxanov 'Gülüstani-İrəm' əsərinə göstərir ki, Ağası xan 1775-ci ildə Əlvənd kəndində oturub bütün Şirvanı idarə edərmiş. Əlvənd bazarı həm də Şərqin ən böyük bazarlarından olmuşdur. Əjdər Fərzəli özünün 'Nizami zirvəsi' əsərində Nizaminin Qızıl Arslanla bu kənddə görüşdüyünü yazır. Əgər bu sadəcə yazıçı təxayülü deyilsə, biz dahi Nizami Gəncəviin Zərdab torpaqlarında olması ilə fəxr edə bilərik.
Tarixin sonrakı səhifələrində də Zərdab rayonunun adına rast gəlinir. 'Bakı quberniyası' adlı kitabda göstərilir ki, Zərdab kəndi xanlıqlar dövründə iri yaşayış məntəqəsi olub və zərdablılar əkinçilik , ipəkçilik , maldarlıqla məşğul olublar.
XIX–XX əsrlərdə Göyçay qəzasının iri kəndləırindən olan Zərdab sonralar inkişaf edərək 1935-ci ildə rayon mərkəzinə çevrilmişdir. İnzibati mərkəzi – Zərdab şəhəridir. Rayon Bəyimli qəsəbəsini və 40 kəndi özündə birləşdirir. Zərdab sözünün mənşəyi haqqında tədqiqatçılar müxtəlif fikirlər yürüdülər. Bir çox mənbələr bu adın fars dilindəki zərd (sarı) və ab (su) sözlərindən alındığnı və sarı, zəhərli su mənasında işləndiyini bildirirlər.
N. Zeydlis "Bakı quberniyası" kitabında ilk vaxtlar Zərdab sözünün soyuq su mənasında işlədildiyini göstərmişdir.
Başqa bir varianta görə isə fars sözü olan zərd birinci halda sarı, ikinci halda isə əti yeyilən quş (ona əncirquşu da deyilir) mənasını verir. Tuqay meşəsi ərazisində salınmış yaşayış məskənində zərd-əncirquşu çox olmuş və bu səbəbdən də zaman keçdikcə bu quşların adı yaşayış məskəninin adına çevrilmişdir.
Azərbaycanlı 46009 adam , Ləzgi 3, Rus 50, Erməni 1, Türk 7, Tatar 10, Ukraynalı 10
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.