From Wikipedia, the free encyclopedia
Polkovnikə məktub yoxdur (isp. El coronel no tiene quien le escriba) — kolumbiyalı yazıçı, ədəbiyyat sahəsində Nobel mükafatı laureatı Qabriel Qarsiya Markesin 1956-1957-ci illərdə yazılmış və ilk dəfə 1961-ci ildə dərc edilmiş [1] novellası (povesti).
Polkovnikə məktub yoxdur | |
---|---|
El coronel no tiene quien le escriba | |
| |
Müəllif | Qabriel Qarsiya Markes |
Janr | realizm |
Orijinalın dili | ispan dili |
Ölkə | |
Orijinalın nəşr ili | 1961 |
Tərcüməçi | İshaq İbrahimov |
Novellada hadisələr 1956-cı ildə kiçik Kolumbiya şəhərciyində baş verir. Baş qəhrəman Min Günlük müharibənin veteranı olan 75 yaşlı polkovnikdir. O arvadı ilə şəhərciyin kənarında yaşayır və oğlu Aqustin öldürüləndən sonra onlar yoxsulluqdan əziyyət çəkirlər. Polkovnik müharibə veteranı kimi ona təyin edilməli olan pensiya barəsində uzun illərdir ki, paytaxtdan məktub gözləyir. Lakin ona heç kim yazmır.
Qoca bütün ümidlərini döyüş xoruzuna bağlayır. Yanvar ayında xoruz döyüşləri başlamalıdır. Polkovnik və onun arvadı yeməyə bir şey tapmasalar da, o , öz xoruzunu yaxşı yemləyir və xoruzu satmaq təkliflərini rədd edir.
Xoruz döyüşlərinin başlanmasına isə hələ 45 gün var.
"Polkovnikə məktub yoxdur" novellası yazıçının erkən əsərlərindən biridir və realistik tərzdə yazılmışdır [2]. Bir çoxları bu novellanı Heminqueyin “Qoca və dəniz” novellası ilə müqayisə edirlər [3]
“Vivir para contarla” ("Yaşamaq üçün yazmaq") adlanan xatirələrində yazıçı qeyd edir ki, polkovnik obrazını yaradarkən öz babasından ilhamlanmışdır: o da polkovnik idi, Min Günlük müharibədə iştirak etmişdi və onun da pensiya almaq hüququ olsa da, o bu pensiyanı almamışdı.
Novelladakı şəhərciyin prototipi Kolumbiyada yerləşən Sukre şəhərciyidir[4].
Novella yazıçıya şöhrət gətirməsə də, çox illərdən sonra məhz bu əsəri özünün ən yaxşı əsəri adlandırmış[5] və bildirmişdi ki, o “Yüz ilin tənhalığı”nı onun üçün yazmışdır ki, insanlar “Polkovnikə məktub yoxdur” novellasını da oxusunlar[6].
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.