Polad adam (film, 2013)
From Wikipedia, the free encyclopedia
Polad adam (ing. Man of Steel) — 2013-cü ildə Warner Bros. studiyasının rəhbərliyi ilə Legendary Pictures və Syncopy Films studiyalarının birgə layihəsi əsasında rejissor Zak Snayder tərəfində Supermen obrazı haqqında çəkilmiş fantastika filmidir.[8]
Polad adam | |
---|---|
ing. Man of Steel | |
| |
Janr |
Fantaziya Dram |
Əsas mövzu | jurnalistika, yadplanetlilərin hücumu[d][1] |
Rejissor | Zak Snayder |
Prodüserlər |
Çarles Roven Kristofer Nolan Emma Tomas Debora Snayder |
Əsərin müəllifi | DC Entertainment-in fantastik kitablarındakı obrazlar əsasında |
Ssenari müəllifi | Devid Qoyer |
Baş rollarda |
Henri Kavill Emi Adams Maykl Şanon Kevin Kostner Diana Leyn Laurens Fişburn Antce Trau Ayelet Zurer Kristofer Meloni Rassel Krou[2] |
Bəstəkar | Hans Zimmer |
Montajçı | Devid Brenner[d] |
İstehsalçılar |
Legendary Pictures Syncopy Films DC Entertainment |
Distribütor | InterCom[d][3], Warner Bros., Netflix |
İlk baxış tarixi |
10 iyun, 2013 (Elis Tulli Holl) 14 iyun, 2013 (Böyük Britaniya) 14 iyun, 2013 (Şimali Amerika) |
Filmin növü | Bədii film |
Müddət | 143 dəqiqə[4] |
Büdcə | 226 milyon dollar[5] |
Gəlir | 668 milyon dollar[6] |
Ölkələr |
ABŞ Birləşmiş Krallıq[7] |
Dil | İngiliscə |
İl | 2013 |
Sonrakı film | Betmen Supermenə Qarşı: Ədalətin Şəfəqi |
Rəng | rəngli |
Çəkiliş yeri | Kaliforniya, Çikaqo, Vankuver |
IMDb | ID0770828 |
Vikianbarda əlaqəli mediafayllar |
Film üçün hazırlıq işləri 2008-ci ildə başlamışdır. Warner Bros. DC Comics-in yazıçılarından filmi çəkmək üçün hüquqları almışdır. 2009-cu ildə Supermen obrazının yaradıcısı olan Cerri Siqelin ailəsi məhkəmə yolu ilə bu hüquqları geri aldılar. Məhkəmənin çıxartdığı yekun qərara əsasən Warner Bros. studiyasının ailəyə əvvəlki filmlərə görə heç bir borcunun olmadığını təsdiqləmişdir. Filmin prodüseri Kristofer Nohan bu qalmaqalın bitməsindən sonra Qara Cəngavərin Yüksəlişi filminin çəkilişlərini tamamlayaraq Snayderi bu filmin rejissoru təyin etdi. Filmin çəkilişlərinə 2011-ci ilin avqust ayında başlanıldı. Film ictimayyətə 14 iyun 2013-cü ildə nümayiş etdirildi. Nümayiş etdirilməyə başladığı gündən böyük marağa səbəb olan film dünya üzrə 668 milyon dollardan çox gəlir qazanaraq uğura imza atdı. Filmin ikinci hissəsi olan Betmen Supermenə Qarşı: Ədalətin Şəfəqi filminin 25 mart 2016-cı ildə nümayiş etdiriləcəyi açıqlandı.