Pol Qetti
Amerikalı sənayeçi və sənət kolleksiyaçısı (1892-1976) / From Wikipedia, the free encyclopedia
Jan Pol Qetti (ing. Jan Paul Getty; 15 dekabr 1892[1][2][…], Minneapolis, Minnesota, ABŞ[3] – 6 iyun 1976, Qilford[d], İngiltərə, Birləşmiş Krallıq) — amerikalı neft maqnatı və sənayeçi, tarixdə ilk dollar milyarderlərindən biri, "Qetti Muzeyi"nin banisi [5]. "Getty Oil" neft şirkətinin təssisçisi. 1957-ci ildə "Fortune" jurnalı onu dünyanın ən varlı amerikalısı elan etmişdi [6]. 1966-cı ildə o, 1,2 milyard ABŞ dolları sərvət ilə dünyanın ən varlı adamı kimi Ginnesin Rekordlar Kitabına düşüb (2017-ci ilin qiymətlərdirilməsində təxminən 9.1 milyard ABŞ dolları) [7]. 1976-cı ildə Qettinin vəfat etdiyi zaman onun sərvəti 6 milyard dollar həcmində(2017-ci ilin qiymətləndirilməsində təqribən 25,8 milyard ABŞ dolları) qiymətləndirilmişdir [8]. Böyük varidata malik olmasına baxmayaraq, Qetti hədsiz dərəcədə xəsisliyi ilə tanınırdı. 1973-cü ildə Romada qaçırılan 16 yaşlı nəvəsi Paul üçün beş aylıq fidyə verməkdən imtina etməsi ona pis şöhrət qazandırmışdı.
Jan Pol Qetti | |
---|---|
Jean Paul Getty | |
Doğum tarixi | 15 dekabr 1892(1892-12-15)[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 6 iyun 1976(1976-06-06) (83 yaşında) |
Vəfat yeri | Böyük Britaniya, London |
Vəfat səbəbi | ürək çatışmazlığı |
Dəfn yeri | |
Təhsili |
|
Fəaliyyəti | rəsm kolleksioneri[d], avtobioqraf[d], sahibkar, sənayeçi, mesenat[d] |
Fəaliyyət illəri | 1907–1976 |
Elmi dərəcələri | |
Vikianbarda əlaqəli mediafayllar |