From Wikipedia, the free encyclopedia
Pol-Anri Sandaoqo Damiba (fr. Paul-Henri Sandaogo Damiba; 2 yanvar 1981, Uaqaduqu) — Burkina-Fasoda 2022-ci il dövlət çevrilişi ilə 24 yanvar 2022-ci ildə Prezident Rok Mark Kristian Kaboreni devirərək Müdafiə və Bərpa Uğrunda Vətənpərvər Hərəkatına rəhbərlik edən burkina-fasolu hərbi zabiti. 30 sentyabr 2022-ci ildə İbrahim Traore tərəfindən devrilmişdir.[2]
Pol-Anri Sandaoqo Damiba | |
---|---|
fr. Paul-Henri Sandaogo Damiba | |
Burkina-Fasonun Prezidenti | |
31 yanvar 2022 – h.h | |
Əvvəlki | Rok Mark Kristian Kabore |
Müdafiə və Bərpa Uğrunda Vətənpərvər Hərəkatının Prezidenti | |
24 yanvar 2022 – h.h | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Uaqaduqu, Yuxarı Volta (indiki Burkina-Faso) |
Təhsili | |
Fəaliyyəti | hərbi qulluqçu, siyasətçi |
Dini | katolisizm |
Rütbəsi | polkovnik-leytenant |
Vikianbarda əlaqəli mediafayllar |
Pol-Anri Sandoqo Damiba Parisdə hərbi məktəbi bitirib.[3] Təhsil aldığı müddətdə o, Qvineyanın gələcək Prezidenti Mamadi Dumbuya ilə görüşdü, o da orada təhsil alırdı.[3] O, Parisdəki Milli İncəsənət və Sənətkarlıq Konservatoriyasında kriminologiya üzrə magistr dərəcəsinə və idarəetmə, komandanlıq və strategiya üzrə müdafiə eksperti sertifikatına malikdir.[4] 2010–2020-ci illərdə ABŞ-də təlim-məşq toplanışı keçirib.[4]
Damiba polkovnik-leytenantdır və Uaqaduqu, Manqa, Kuduqu və Fada-Nqurmanı əhatə edən üçüncü hərbi bölgənin komandiridir.[4] O, Prezident Təhlükəsizlik Alayının keçmiş üzvü, Blez Kompaorenin keçmiş prezident mühafizəçisidir.[3] Damiba 2011-ci ildə ordu qiyamından sonra PTA-nı tərk etdi.[3] Burkina-Faso mediasında yayılan xəbərlərə görə, 2019-cu ildə Damiba 2015-ci ildə Burkina-Fasoda keçid hökumətini devirən çevrilişin arxasında duran sui-qəsdçilərin məhkəməsində ifadə verdi.[3] Damiba Burkina-Fasoda cihadçıların üsyanı zamanı etdiyi hərəkətlərə görə populyarlıq qazanıb.[3] O, keçmişdə Burkina-Faso hökumətini islamçı üsyançılara qarşı Rusiyanın Vaqner qrupundan muzdlu əsgərlər cəlb etməyə çağırmışdı.[3] Rok Mark Kabore hökuməti bu təklifin Burkina-Fasonu Qərbdən uzaqlaşdıracağını əsas gətirərək qəti şəkildə əleyhinə çıxdı.[3]
2021-ci ildə Damiba islamçılarla mübarizə haqqında kitab nəşr etdi: "Qərbi Afrika orduları və terrorizm: Qeyri-müəyyən cavablar?"[3]
2022-ci ilin yanvarında Burkina-Fasoda hərbi çevriliş baş verdi. Hərbi birliklər prezident iqamətgahını və digər hökumət binalarını ələ keçirdi. Prezident Rok Mark Kristian Kabore həbs edildi. Hərbi çevrilişin lideri polkovnik-leytenant Pol-Anri Sandaoqo Damiba oldu. O, ölkənin yeni lideri elan edildi.[5]
2022-ci il Burkina-Faso dövlət çevrilişi
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.