From Wikipedia, the free encyclopedia
Planlı iqtisadiyyat, planlı təsərrüfat və ya komanda iqtisadiyyatı[1] — maddi ehtiyatların dövlət və ya ictimai mülkiyyəti olduğu və mərkəzləşdirilmiş şəkildə paylandığı iqtisadi sistem, bu şəraitdə fərdi şəxslər və müəssisələr mərkəzləşdirilmiş iqtisadi plana uyğun fəaliyyət göstərilər.[2] Sistem SSRİ-də daxil olmaqla özlərini sosialist kimi eyniləşdirən ölkələrdə tətbiq olunurdu. İkinci Dünya müharibəsi dövründə Fransa və Böyük Britaniya kimi qabaqcıl kapitalist ölkələrdə də dirijizm formasında işlənilirdi.
Planlı iqtisadiyyat mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş planlaşdırma və ya iştiraka əsaslanan iqtisadi planlaşdırma formalarını istifadə edə bilər.[3][4] Planlı iqtisadiyyat qeyri-planlı iqtisadiyyatla ziddiyyət təşkil edir, bu xüsusən bazar iqtisadiyyatında özünü birüzə verir, hansındaki bazarda fəaliyyət göstərən muxtar şirkətlər istehsal, bölgü, qiymətqoyma və investisiya ilə bağlı qərarları müstəqil sürətdə verilər. İndikativ planlaşdırmanı istifadə edən bazar iqtisadiyyatını da planlı bazar iqtisadiyyatı adlandırmaq olar.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.