Piran körfəzi
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Piran (sloven. Piranski zaliv[4] xorv. Piranski zaljev və ya xorv. Savudrijska vala, it. Baia di Pirano[5][6]) — Adriatik dənizinin şimalında körfəz. Piran körfəzi həm də Triest körfəzinin cənub hissəsi hesab olunur.
Körfəz Sloveniyanın Piran şəhərinin adını daşıyır. Körfəz sahilləri Xorvatiya və Sloveniyaya məxsudur. Sahəsi 19 km² olan körfəz cənubdan Savudri, şimaldan isə Madonı burunularını birləşdirən xətt ilə Triest körfəzindən ayrılır. 1990-cı ildən Xorvatiyada körfəz Savudriya adlanır.
Körfəzin Sloveniyaya məxsus şərq sahillərində Piran, Portoroj və Lusiya şəhərləri yerləşir. Cənub sahillərində, Xorvatiya ərazisində 1980-cı ildə inşa edilmiş Srveni-Brx və Kaneqra turist düşərgələri var.
Körfəzə tökülən əsas çay Draqoniyadı. Çayın yuxarı axarlarında Sloveniyanın duz hasil olunan Seçovel duzlu gölü yerləşir. Gölün sahəsi 650 hektardır.[7]
Körfəz akvatoriyası Sloveniya və Xorvatiya arasında hərbi əməliyyatların meydanına çevrilmişdir. İkinci dünya müharibəsindən sonra Triest şəhərindən şimaldakı ərazilər, eləcə də cənubda Mirna çayına kimi Azad Triest ərazisi hesab olunurdu. 1954-cü ildə ərazi İtaliya və Yuqoslaviya arasında şərti olaraq bölündü. Yekun olaraq 1975-ci ildə Osimo müqaviləsinə əsasən bölgü təsdiqlənmişdir.
1991-ci ildə Yuqoslaviyanın parçalanmasından sonra hər iki ölkənin müstəqillik əldə etməsindən sonra Sloveniya ilə Xorvatiya arasında ərazi mübahisəsi yarandı. Mübahisənin əsas səbəbi Piran körfəzinin suları idi.[8]
İki dövlət arasında 29 iyun 2017-ci ilində razılaşma əldə olunsa da,[9] Sloveniya hələ də müəyyən ərazilərə iddialıdır.
2000-ci illərdə körfəzə Xorvatiyada Savudri və Draqoniya adları verildi. Sonuncu ad sonrada populyarlıq qazanmadığına görə aradan çıxdı.[10]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.