Pirallahı rayonu
From Wikipedia, the free encyclopedia
Pirallahı rayonu — Bakı şəhərinin 12 inzibati rayonundan biri. Azərbaycan Respublikası Milli Məclisinin 21 dekabr 2012-ci il tarixli, 519-IVQ saylı Qərarı ilə Bakı şəhəri Xəzər rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək yeni Bakı şəhəri Pirallahı rayonu yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Bakı şəhəri Pirallahı rayonunun inzibati ərazi bölgüsünə Bakı şəhəri Xəzər rayonunun Pirallahı, Çilov və Neft Daşları qəsəbə inzibati ərazi dairələri tərkibindəki Pirallahı, Çilov və Neft Daşları qəsəbələri daxil edilmiş, Pirallahı, Çilov və Neft Daşları qəsəbə inzibati ərazi dairələri Bakı şəhəri Xəzər rayonunun tabeliyindən çıxarılaraq Bakı şəhəri Pirallahı rayonunun tabeliyinə verilmişdir.[2]
Pirallahı rayonu | |
---|---|
40°27′32″ şm. e. 50°19′57″ ş. u. |
|
Ölkə | |
İcra başçısı | Vasif İmanov |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 21 dekabr 2012 |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 12 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |