From Wikipedia, the free encyclopedia
Pioner 11 və ya Pioner G (ing. Pioneer 11, Pioneer G) — NASA tərəfindən 6 aprel 1973-cü ildə göndərilən kosmik gəmi. Gəminin vəzifəsini Yupiter və Günəş sisteminin xarici səthinə səyahət təşkil edir. Yalnız Yupiterə səyahət edən Pioner 10-dan fərqli olaraq Pioner 11 həmçinin Saturna da səyahət etmişdir. Yupiter səyahətini bitirdikdən sonra Günəş sisteminin xaricinə yol alaraq səyahətini davam etdirən Pioner 11 təxminən 4 milyon il sonra Oxatan bürcünün yaxınlığından keçəcək. Alimlərin təxminlərinə görə gəmi Yer kürəsindən, hətta Günəşdən də daha uzun müddət həyatda qalacaq.
Pioner 10 və Pioner 11 avtomatik planetlərarası stansiyalar vasitəsilə üzərində xüsusi mesajlar qeyd edilmiş lövhələr daşıyır. Hər ikisindəki lövhələr eynidir. Əgər yerdən kənar sivilizasiyalar varsa, onlar bu sonsuz uçuş zamanı Pionerlə qarşılaşacaq və mesajları görə biləcək. Lövhədə insan təsvirlərindən başqa hidrogen atomunun strukturu və Günəş sisteminin qalaktikamızdakı koordinatını göstərən rəsm də mövcuddur.
Xronologiya | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
|
Pioner 11 1974-cü ilin noyabr və dekabr aylarında Yupiterin yaxınlığına çatdı.[5] Planetə ən yaxın yaxınlaşması 2 dekabrda baş tutdu. Beləcə Böyük qırmızı ləkənin təfərrüatlı şəkilləri əldə edildi.[6]
Pioner 11 30 yanvar 2019-cu ildə Yerdən 100,84 au (1.5085×1010 km), Günəşdən 100 au (1.5×1010 km) uzaqlıqda idi; və 11,241 km/s (40,470 km/saat) sürətlə hərəkət edirdi. Kosmik gəmi hazırda Qalxan bürcü istiqamətində hərəkət edir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.