From Wikipedia, the free encyclopedia
Piltdaun insanı (ing. Piltdown Man) – XX əsrin ən məşhur mistifikasiyalarından biridir. Sümük fraqmentləri (kəllə və alt çənə sümüyü) 1912-ci ildə İngiltərənin Şərqi Sasseks bölgəsində yerləşən Piltdaun çınqıllı karyerdə aşkar olunmuş və insan-meymun arasında təkamül etmiş naməlum ibtidai insanın daşlaşmış qalıqları kimi nümayiş olunmuşdur. Tapılmış qalıqlar uzun müddət mübahisə obyektinə çevrilmişdir.Lakin 1953-cü ildə tapılmış qalıqların müasir insanın tam inkişaf etmiş kəllə sümüyünün oranqutanın alt çənə sümüyünə yapışdırılması sübut olunmuşdur. 18 dekabr 2012-ci ildə “piltdaun insanı”nın sirrinin 100 illiyi olmuş və bu hadisə ilə əlaqədar London Geologiya Cəmiyyətində xüsusi konfrans keçirilmişdir.[1].
Bu konfransda tarixçilər, geoloqlar və antropoloqlar həm tapıntı, həm də yeni texnologiyalar vasitəsilə piltdaun insanının analizləri üzrə işlərin bərpası ilə əlaqədar müasir alimlərin mübahisəli baxışlarını müzakirə etsələr də, sonda məhz bu saxtakarlığın məhz kim tərəfindən və hansı motivdə edilməsi dəqiq müəyyənləşməmişdir.[2].
Tədqiqatların hələ də aparılmasına baxmayaraq, alimlər 15 nəfərin bu saxtakarlıqda iştirak etdiklərini tapdıqlarını bildirirlər. Şübhəli bilinənlər arasında məşhur ingilis yazarı Artur Konan Doyldan sümükləri ilk aşkar etmiş adi həvəskar arxeoloq Çarlz Dousona kimi şəxslər vardır.[3].
15 fevral 1912-ci il tarixində Britaniya muzeyinin geologiya şöbəsinin baxıcısı Artur Smit Vudvord həvəskar arxeoloq Çarlz Dousondan məktub alır. Douson məktubunda Piltaunda yerləşən çınqıllı karyerdə insanabənzər varlığın kəllə sümüyünün bir hissəsini tapması haqda məlumat vermişdir. May ayında Smit Vudvord onu tədqiq etməyə başlayır və bu kəllə sümüyünün bu vaxta qədər mövcud olmayan ibtidai insana məxsus olması nəticəsinə gəlmişdir. O, bu kəllə sümüyünə “Eoanthropus dawsoni” ("Dousonun şəfəq insanı") elmi adını vermişdir. Dousonla birlikdə o, bütün yay boyu qazıntılar aparmış və piltdaun insanının mövcuduluğu haqda digər dəlillər aşkar etmişdir. Qazıntılar zamanı kəllə sümüyünə adi daha çox hissələr, iki dişi olan çənə, müxtəlif daşlaşmış heyvan və sadə daşlaşmış əmək alətləri kimi dəlillər aşkar olunmuşdur.[4].
Hesab olunur ki, tapılmış qalıqlar bir insana məxsus idi. Smit Vudvord kəllə sümüyünün rekonstruksiyasını yerinə yetirdikdən sonra [[1912-ci il 21 noyabr tarixində “Mançester Guardian” qəzetində Sasseksdə aşkar edilmiş nadir tapıntı” haqqında məqalə çap etdirmişdir. Bu məqalədə kəllə sümüyünün məxsus olduğu varlığın milyon il əvvəl yaşaması və İngiltərədə tapılmış insanın ilkin əcdadı olması göstərilmişdir.[5]. Bir neçə həftə sonra, 18 dekabr 1912-ci il tarixində London geoloji cəmiyyətində “piltdaun insanı”nın aşkar olunması dünya ictimaiyyətinə çatdırılmışdır. Meymun və insan arasında olan təkamül zamanı gəlib çıxmayan bu tapıntı əsl sensasiyaya çevrilmişdir.
Prezentasiya zamanı Douson kəşfin tarixi haqda danışmışdır. Bu zaman kəllə sümüyünün tapılmasını, karyerin işçiləri tərəfindən onun parçalanaraq, hissələrinin tulladılmasını bildirmişdir. Mümkün qədərilə çoxlu sayda hissələri sonradan aşkar etmişdilər. Bundan başqa isə Douson tapıntı yerinin yaxınlığında alt çənə insan sümüyünü tapmışdır.Həmçinin pliosen dövrünə aid filin kök dişləri və mastodont, begemot, qunduz, at və maral sümükləri aşkar olunmuşdur.[6].[7].
Dousonun çıxışından sonra Smit Vudvord tapıntı haqda mülahizələrilə çıxış etmişdir. O, kəllə sümüyünün quruluşu haqda ətraflı şəkildə izah vermiş və sümüyün Homo cinsinə aid əsas cizgiləri daşıdığını və 1070 sm3 həcmi olan beyinə malik olmasını bildirmişdir. Sxemlərlə illüstrasiya olunmuş nitqində Vudvord bu nümunənin qadın cinsinə məxsus olması fərziyyəsini irəli sürmüş, öz fikrini indiyə qədər mövcud olmayan Homonun naməlum növü olması ilə əlaqələndirmişdir. Davamlı olaraq aparılan diskussiyalarda alimlər tapılmış kəllə sümüyünün forması, qulaqlarının quruluşu neandertaldan fərqli olaraq insanabənzər tipə əks olan varlıq üçün xarakterikdir. Digər tərəfdən boyun hissə meymunabənzər, çənə altı hissə isə it də olduğu kimi olmalıdır.
«Heç kim heç bir elmi test etməmişdir. Əgər onları etsəydilər, onda dərhal dişlərin kimyəvi qocalmasını aşkar edərdilər. Açıq aşkar idi ki, bu həqiqi artefakt deyildir. Ali elmi dairələrdə bunu qəbul etdilər, çünki bunun olmasını çox istəyirdilər». |
Maylz Rassel "Piltdaun insanı: Çarlz Dousonun gizli həyatı və böyük dünyəvi arxeoloji mistifikasiya" kitabı
Bu və ya digər ziddiyyətlərə baxmayaraq, çoxlu sayda alim Çarlz Dousonun kəşfini dəstəklədilər. Ehtimal var ki, həmin dövrdə Böyük Britaniya paleontologiyada heç bir uğur əldə etməmişdir. Bu tapıntının unikal və qiymətsiz olmasına inanmaq istəyirdilər Fransada Kromanyon mağarası, Almaniyada Neandertal vadisi və Heydelberqdə aparılan qazıntılar dünyaya ibtidai insan əcdadları haqda dəyərli tapıntılar bəxş etmişdir. Böyük Britaniyada isə heçnə aşkar olunmamışdır. Piltdaun tapıntısı isə alimlərə onların istədiklərini – “ən ibtidai ingilis” arzusunu və İngiltərənin müasir insanın formalaşmasında vacib bəndlərdən birini oynaması fikrinin reallaşmasına ümid yaratmışdır.[8]. Bundan başqa, rasist düşüncələr də öz rolunu oynamışdır. Belə ki, tapılmış insan qalıqları məhz dünyanın daha proqressiv regionu olan Qərbi Avropada olmalı idi.[9].
Çarlz Douson qazıntıları paleontologiya və geologiyanı öyrənən dostu keşiş yezuit Pyer Teyar de Şardenlə birlikdə aparmışdır. Məhz o, 1913-cü il 30 avqust tarixində köpək dişi tapmışdır. Smit Vudvortun fikrincə isə tapılmış köpək dişi bundan əvvəl aşkar olunmuş çənə sümüyünə aid idi.[10]. Növbəti dəfə 1914-cü ildə basdırılmış fil sümüyündən hazırlanan qədim əmək aləti tapılmışdır.[11]. Bu mənzərə sonda Douson tərəfindən 1915-ci ilin əvvəlində Şeffild parkında iki daşlaşmış insan sümüyü və kök dişlərinin tapılması ilə bitmişdir. Bir müddət sonra o, kərgədanların müəyyən olunmamış növünə dair aşağı kök dişini aşkar etmişdir. Tapılmışlar haqda məlumatı Smit Vudvord dərhal yox, daha sonra 1917-ci ildə sepsisdən dünyasını dəyişmiş Dousonun ölümündən 5 ay sonra əldə etmişdir. Bundan sonra “piltdaun insanı”nın mövcudluğuna dair heç bir şey aşkar olunmamışdır. 1921-ci ilin 24 iyulunda Britaniya muzeyinə Amerika Təbiət muzeyinin prezidenti Henri Fayrfild Osborn baş çəkmişdir. Henri Osborn buna qədər tapıntının vacibliyi haqda böyük şübhələrə sahib idi. Piltaun tapıntısına baxdıqdan sonra o etiraf etmişdir:
“Nə qədər paradoksal olsa da, bu həqiqətdir...” |
[12].
Çarlz Dousonun Piltdaunda tapıntının aşkar olunduğu yerdə 1938-ci ildə xatirə daşı ucaldılmışdır. Açılış zamanı britaniyalı antropoloq Artur Kit çıxış edərkən nitqində Çarlz Dousonun işlərinin vacibliyini qeyd etmişdir.[13].
Piltdaun insanının kəllə sümüyü üzərində Smit Vudvord tərəfindən aparılan rekonstruksiya çoxlu şübhələrə səbəb olmuşdur. Hələ 1912-ci il 18 dekabr tarixində ilk nümayiş zamanı Artur Kit kəllə sümüyünün gicgah aşağı alt çənə oynağının müasir insan oynağına oxşarlığı və meymunabənzər köpək dişin onunla uyğunlaşmaması haqda fikir irəli sürmüşdür.
Sonradan 1913-cü ilin iyununda piltdaun elementlərinin surətləri İngiltərə kral cərrahiyyə kolleci muzeyində nümayiş etdirilərkən, o sərbəst şəkildə kəllə sümüyünün modelini hazırlamış və Smit Vudvordun rekonstruksiyası zamanı hələ ən azı 250-300m3 çatışmadığını bildirmişdir.
A.Kit öz düşüncələrini ilk əvvəl çox da geniş olmayan alim dairələrində irəli sürmüşdür. Onlar arasında onun köhnə dostu, Mançester şəhərindən olan anatomiya professoru Qrafton Elliot Smit də vardır. Yeganə onun inandıra bilmədiyi, insan britaniyalı Edvin Rey Lankester olmuşdur.Lakin bu, Artur Kiti dayandırmadı. O, 1913-cü ilin avqustunda Londonda keçirilən Ümumdünya tibb konqressinin iştirakçılarına rekonstruksiyadakı anatomik qeyri-uyğunluq haqda məlumat vermiş və “The Times” da buna müvafiq olan material çap etdirmişdir. Kitin belə hərəkət etməsi Böyük Britaniya elmi cəmiyyətinin hiddətilə qarşılaşmış, Eliot Smitin isə Kitlə dostluq münasibətlərinin pozulmasına səbəb olmuşdur.[14]. Sonradan Artur Kitə 1913-cü il 13 noyabr tarixində “Nature” jurnalının buraxılışında piltdaun tapıntısı haqda özünün tənqidi qeydlərini nəşr etdirən anatom Devid Uoterston da qoşulmuşdur. O, bildirmişdir ki, çənə sümüyü şimpanzeyə aid olsa da, kəllə sümüyünün hissələri isə insan cizgilərinə malikdir. Bu səbəbdən bunların hamısının bir tipə aid olması məntiqi deyildir.[15].
1915-ci ildə amerikalı zooloq Qerit Smit Miler piltdaun nümunələrinin surətlərini detallı şəkildə tədqiqatının nəticələrini çap etdirmişdir. O, bildirmişdir ki, çənə sümüyü şimpanze qalıqlarına məxsusdur. Nəhayət, 1923-cü ildə alman anatomu Frans Vetdenreyx qalıqları analiz edərək bildirmişdir ki, kəllə sümüyü müasir insan və oranqutanın çənə sümüyünün birləşməsidir.[16].
Bundan başqa, Afrika,Çin, İndoneziya, Asiya və Avropanın digər hissələrində aşkar olunmuş qədim insan qalıqları piltdaun insanında olduğu kimi böyük beyinə və meymunabənzər çənəyə malik deyildilər. Əksinə, onlar ilk əvvəl çənə və dişlərin insanabənzər görkəm almasını, sonra isə beyinlərinin inkişaf etməsi fikrini doğurmuşdur. Çoxlu sayda fikirayrılıqları yarandığından tədqiqatların yeni metodları peyda oldu. Piltdaun qalıqlarını yenidən analiz etməyə başladılar.[17]. 1949-cu ildə ingilis antropoloq Kennet Okli tapılmış daşlaşmış qalıqların analiz seriyalarını həyata keçirmiş və bildirmişdir ki, tapıntıların 50 000-dən çox yaşı yoxdur. Bundan sonra materialların daha ətraflı öyrənilməsi üçün tədqiqatlara [[Oksford Universitetinin nümayəndələri antropoloq Vilfrid le Qros Klark və anatom Cozef Vayner də qoşulmuşdur.
Birgə səy nəticəsində onlar piltdaun insanına məxsus kəllə və çənə sümüklərinin iki müxtəlif – insan və meymuna, daha dəqiq oranqutana aid olmasını aşkar etmişdilər. Mikroskopla baxış zamanı görünən dişlərin üzərindəki cızıqların insan dişlərinə bənzəməsi üçün edildiyi aşkar olunmuşdur. Bundan başqa, alimlər karyerdə tapılan tapıntıların süni şəkildə köhnəldiyini və yerli qraviyin rəngini almasını aşkar etmişdilər. Bütün bu dəlillərə əsasən, onlar piltdaun insanın – saxta olmasını və elmi yalan adlandırmışdılar.Bu barədə Taymz jurnalının 30 noyabr 1953-cü il buraxılışında ictimaiyyət xəbər verilmişdir.[17][18].
Zaman keçdikcə, "piltdaun insanı"nın mistifikasiyası üçün bir sıra saxta arxeoloji tapıntıların yaradılması məlum olmuşdur.[19].
Kəllə sümüyünün fraqmentləri | Kəllə sümüyünün cəmi 5 fraqmenti aşkar olunmuşdur. Onların qəhvəyi rəngdə olmsını çınqıllı karxanada dəmirin olması ilə izah etmişdilər. | Hal-hazırda hesab olunur ki, fraqmentlər dəmir sulfatdan istifadə olunmaqla süni şəkildə rənglənmişdir. Onların tərkibinin yaşı isə 1000 ilə bərabərdir. |
---|---|---|
Çənə və dişlər | Tapılmış çənə sümüyü insandakına bənzəmir. Lakin dişlərdəki uyğunluq zahirən 1907-ci ildə Heydelberqdə tapılmış və yaşı 500 min il əvvələ aid edilən çənə sümüyünə bənzəyir. | 1953-cü ildə çənə və dişlərin oranqutana məxsus olması aydınlaşdı. Dişlər isə insan dişlərinə bənzəsin deyə bilərəkdən yonulmuşdur. |
Köpək dişi | 1913-cü ildə tapılmış köpək dişi ölçüsünə görə insan və meymun arasında orta ölçüyə malik idi. Bu isə "piltdaun insanı"nın təkamüldə aralıq əlaqəsi olmasını təsdiqləyirdi. | 1955-ci ildə aparılan testlər nəticəsində köpək dişinin qəhvəyi vandeyk adlanan piqmentlə rənglənməsi təsdiq olunmuşdur. |
Rekonstruksiya olunmuş kəllə sümüyü | Artur Kit və Smit Vudvord tərəfindən analoji fraqmentlərdən hazırlanan kəllə sümüyünün reknstruksiyası kəskin şəkildə fərqlənmiş və elmi dairələrdə uzunmüddətli mübahisələrə səbəb olmuşdur. | 1953-cü ildə tapıntıların zənn edildiyindən daha az yaşa malik olması, həmçinin, kəllə və çənə sümüklərinin iki müxtəlif növə aid olması məlum oldu. |
Əmək alətləri | 1914-сü ildə tapılmış fil sümüyünün qırıntısının insan tərəfindən qazma əmək aləti kimi istifadə olunması kimi nümayiş olunmuşdur. | İndi isə bu əmək alətinin polad bıçaq vasitəsilə hazırlanması məlum olmuşdur. |
Daş alətlər və daşlaşmış heyvanlar | Tapılmış çoxsaylı heyvan dişləri və çaxmaq daşından hazırlanmış əmək alətləri "piltdaun insanı"nın bunlardan əmək aləti kimi istifadə etməsini, həmçinin qida rasionunu müəyyənləşdirməkdə yardımçı olmuşdur. | Lakin 1953-cü ildə aparılmış testin köməyilə tapıntıların Piltdaundan olmaması, çaxmaq daşının isə süni şəkildə rənglənməsi aydınlaşmışdır. Şübhə yaradacaq digər məqam isə bu qədər sayda qalıqlaşmış heyvan dişlərindən savayı, heyvanın digər sümüklərinin tapılmaması olmuşdur. |
İndiyədək saxta “piltdaun insan” tapıntısının kim tərəfindən və nə üçün edilməsini aşkar edilməmişdir. Əsas şübhəli bilinənlər siyahısında Çarlz Douson, Artur Smit Vudvord, Pyer Teyar de Şarden, Martin Hinton və Artur Konan Doyl göstərilir.
Çarlz Douson (1864—1916) – hüquqşünas, “Piltdaun insanı”nın ilkin elementlərini aşkar etmiş həvəskar arxeoloq və əsas şübhəli. Fərz edilir ki, o sərbəst şəkildə və ya öz həmkarları ilə birlikdə bunu etmişdir. Onun ölümündən sonra “piltdaun insanı”nın xeyrinə heç bir sübut tapılmamışdır. Bununla yanaşı, Douson çoxlu sayda digər daşlaşmış qalıqlar aşkar etmişdir. Bunlardan ən azı 38-inin saxta olması aşkarlanmışdır. Çarlz Dousonun həyat və fəaliyyətini tədqiq edən Maylz Rasselz belə bir qənaətə gəlmişdir:
-“Piltdaun “birdəfəlik” mistifikasiya olmamışdır, bütün həyat işinin kulminasiyası olmuşdur.”
Ser Artur Smit Vudvord – paleontoloq, Britaniya muzeyinin geologiya şöbəsinin qoruyucusu, London kral cəmiyyətinin üzvü. Baxmayaraq ki, bu sahədə kifayət qədər yaxşı işlər görə bilməsə də “Piltdaun insanı”nı dünya ictimaiyyətinə tanıtmışdır. O, qalıqlaşmış balıqların tədqiqi üzrə ixtisaslaşmışdır. 1924-cü ildə təqaüdə çıxdıqdan sonra o Sasseksə köçmüş və “piltdaun insanı”nın xeyrinə dair sübutların axtarışı üçün qazıntılar aparmışdır. Smit Vudvord fırıldaqlıq etmək imkanına malik olsa da, bunun edilməsinə çox az adam inanır.[20]
Martin Hinton (1883—1961)— könüllü zooloq, piltdaun artefaktlarının tapıldığı vaxt Smit Vudvordla birlikdə Britaniya muzeyində çalışmışdır. Muzeydə həmişə belə bir fərziyyə var idi ki, bu saxtakarlığı Vudmanın şəxsi işçilərindən kimsə edə bilər. Hintonun Smit Vudvordla gördüyü işə görə pul mükafatını ala bilməməsi barədə mübahisəsi vardı. Zooloqun üzərinə şübhələr tapıntıdan sonra 1978-ci ildə düşmüşdür. 1936-cı ildən 1945-ci ilə qədər Hintonun zoologiya muzeyinin qoruyucusu kimi çalışdığı müddətdə onun evinin çardağından köhnə sandıq tapılmışdır. Bu sandıqda piltdaun insanında olduğu kimi köhnəlmiş və rənglənmiş sümüklər və dişlər aşkar olunmuşdur. Bunlardan bəzilərinin üzərində həmin üsulla cızıqlar çəkilmişdir. Daha bir neçə köhnəlmiş dişlər tütün qabında tapılmışdır.[21]. Bununla əlaqədar indiki dövrdə Martin Hintona münasibətdə bir neçə versiya mövcuddur:
- iki mistifikator – ayrı-ayrılıqda çalışan Douson və Hinton olmuşdur. Hinton qalıqlaşmış fil sümüyündən hazırlanan əmək alətlərinin saxtasının müəllifi olmuşdur.
-Hinton Smit Vudvorda şübhələnərək süni yaşlaşma və sümüklərin rənglənməsini sərbəst şəkildə tədqiq etmişdir.
-Hinton bu hadisələrin iştirakçısı olmuşdur və “piltdaun” saxtakarlığının hazırlanmasında köməklik etmişdir.
“Bu həmin dövr idi ki, paleontologiya zarafat və ya şübhələrin predmetinə çevrilmişdir”. Pyer Teyar de Şarden
Pyer Teyar de Şarden (1881—1955) — paleontologiya və geologiya üzrə təhsil alan yezuit keşiş. Douson və Vudvorda piltdaun qazıntılarında köməklik etmiş və orada alt çənə sümüyünün köpək dişini aşkar etmişdir. Bəzi tədqiqatçılar onun falsifikasiyanın iştirakçılarından biri hesab edir. Buna tam əmin olduğunu düşünən məşhur alim Luis Liki 1971-ci ildə fransız keşişin şərəfinə təşkil olunmuş simpoziumda iştirak etməkdən imtina etmişdir.[22] Şardeni şübhəlilər sırasında məşhur amerikalı paleontoloq Stiven Quld da görmüşdür. Keşişin məktublarını ətraflı öyrənən Quld piltdaun tapıntısı ilə bağlı keşişin bildirişlərində bir sıra qeyri-uyğunluqlar aşkar etmişdir. Stiven Quldun fikrincə, Pyer Teyar de Şarden Dousonun saxtakarlığı haqda bilirdi və hətta ona bunların yaradılmasında köməklik etmişdir.[23].
2012-ci ildə Cənubi Afrikalı paleontoloq Frensis Tekkerey də Şardenin “piltdaun insan”ı məsələsindı mistifikatorlardan biri olması fərziyyəsini irəli sürmüşdür.O, bunu zarafat xatirinə desə də, elmi cəmiyyət bunu ciddi nəzərə almışdır.[8][24]. Tekkerey “piltdaun insanı” haqda de Şarden tərəfindən tapıntıya aidiyyatı olan şəxslərin adından yazılmış məktubun olmasını da bildirmişdir.[25]. Pyer de Şardenin sadəcə “qurban” olması və onun da digərləri kimi aldadılması fikrinin tərəfdarları da vardır.[26][27].
Ser Artur Konan Doyl (1859—1930) — “İtirilmiş dünya” və “Şerlok Holms” əsərlərinin müəllifi, keçmiş həkim və qalıqlar kolleksioneri. O öz dövründə Piltdaun yaxınlığında yaşamış və Çarlz Dousonla münasibəti olmuşdur. Tədqiqatçılar “İtirilmiş dünya” əsərindəki uydurma macəralarla piltdaun saxtakarlığı arasında çoxlu sayda oxşar nöqtələr aşkar etmişdilər. Roman Dousonun tapıntına qədər çap olunmuşdur. Yazıçının bu tarixdən əvvəl piltdaun tapıntılarının olduğu yerə gəlməsi barədə heç bir dəlil tapılmamışdır. (Doyl romanını bitirdikdən sonra 1911-ci ilin dekabrında nəşriyyata göndərmiş, 1912-ci ilin aprelində roman işıq üzü görmüşdür. Douson tapıntısı haqda 1912-ci ilin dekabrında rəsmi bəyanat vermişdir. Bu tədqiqatçılar da Konan Doylun da piltdaun işinə bağlı olması fikrini formalaşdırmışdır. Bəziləri isə hətta onun bu mistifikasiyanın müəllifi olmasını fərz edirlər.[28].
Yazıçının spiritizmlə maraqlanması, onun elmlə konfliktinə, materialistlərlə qarşıdurmasına səbəb olmuşdur. Tədqiqatçılar Konan Doylun “Piltdaun insanı” ilə bağlı saxtakarlığını və onun sonrakı inkişafı ilə alimlərin peşəkarlığını, onların fəaliyyətini aşağılamaq və şübhə altına almaq fikrində olmasını irəli sürürlər. Bununla yanaşı, Konan Doylun tərəfdarları əgər bunun həqiqətən də belə olmasını fərz edənlərə bildirirlər ki, yazıçı tərəfdən bütün bunlara susmaq və öz zəfəri haqda elan etməmək məntiqə əsaslanan deyildir.
“Piltdaun insanı”nın mistifikasiyası insan təkamülünün ilkin tədqiqatlarına mühüm təsir göstərmişdir. Bir çox hallarda bu mistifikasiya səhv yolla getməyə məcbur etdi və həmin dövrdə elmi dairələrdə mövcud olmuş nəzəriyyəni – ilkin olaraq beynin inkişafı, sonradan qidanın yeni növlərinə uyğunlaşan çənənin inkişafı haqda fikri təsdiqlədi. Bununla yanaşı, digər bölgələrdə aşkar olunmuş qədim insanların daşlaşmaları əks fikri sübut edirdilər: orqanların təkmilləşməsi və bədən quruluşunun beynin həcminin böyüməsinə səbəb olmuşdur. Bu səbəbdən bir neçə onilliklər ərzində alimlər qəti olaraq irəli sürülən versiyalardan hansına meyl etmələrini müəyyənləşdirə bilməmişdilər.
Bütövlükdə “piltdaun insanı” ətrafında olan tədqiqatlar və debatlara böyük həcmdə zaman və səylər sərf olunmuşdur: hesablamalara görə, bu mövzuda 250-dən çox məqalə yazılmışdır. Lakin hal-hazırda maraq zəifləmiş və təkamül tarixi boyunca vaciblərdən sayılan tapıntı yerinin vaxtilə əldə etdiyi populyarlıqdan indi əsər-əlamət qalmamışdır. Hətta “Piltdaun insanı” adlanan yerli pab 2011-ci ildə sahiblərini, interyeri və menyunu dəyişməklə yanaşı, öz əvvəlki adına – “Quzu”ya qayıtmışdır.[29][30]. Müasirlərinin buna qarşı olan istehzalı münasibətinə musiqiçi Mayk Oldfildin populyar albomlarından biri olan “Boruşəkilli zınqırovlar” (англ. Tubular Bells) albomunda “piltdaun insanı”nın oxumasını göstərə bilərik. Albomun hissələrindən birində vokalın olmadığını görən Oldfild həddən artıq viski içərək öz fəryad və qışqırıqlarını səs şifrələyici vasitəsilə emal edərək onu “piltdaun insanı”nın vokalı adlandırmışdır. “Piltdaun insanı”nı ifşa edənlərdən biri olan Cozef Vayner mistifikasiyanın ədəbi cəmiyyətdə öz yerini itirməsini bildirmişdir.
Mistifikasiyanın alimlər tərəfindən insanın inkişaf təkamülündəki şəklində təkzib edilməsinə baxmayaraq, “piltdaun insanı” kreasionistlər tərəfindən müasir insanın əcdadları haqda elmi düşüncələrdə tənqid üçün istifadə olunur.
2012-ci il 18 dekabr tarixində tapıtının yüzilliyinə həsr olunmuş London Geologiya Cəmiyyətində keçirilmiş konfransdan sonra 15 alim yeni texnologiyalar vasitəsilə piltdaun tapıntısını araşdırmağa başlamışdılar. Testlərin bir neçə ay davam etməsi planlaşdırılır və bu kəllə sümüyünün hansı növə aid olması dəqiqləşəkdir. Həmçinin bununla yanaşı alimlər mistifikasiyanın müəllifini aşkar edəcəklərinə ümid edirlər.
DNT analizinin köməyilə alimlər piltdaun tapıntılarının məhz hansı növə aid olmasını müəyyən edəcəklərini planlaşdırırlar. Ayrıca elementlərin izotoplarının öyrənilməsi onların mənşə yerini göstərə bilər. Radiokarbon tarixiləşməsi isə nümunələrin real yaşını göstərə biləcəkdir.
Həmçinin müasir metodların köməyilə mistifikatorun şəxsiyyətini tapmağa ümid edirlər. Süni şəkildə yaşlaşdırılmış fraqmentlərin spektroskopiyası bunun üçün hansı kimyəvi maddələrin istifadə olunmasını göstərəcəkdir. Əgər bütün elementlərə eyni metod tətbiq olunsa, onda çox güman ki cinayətkar Çarlz Dousondur. Yox əgər metodların fərqli olması aşkarlansa, onda ola bilsin ki, bunlar ya Martin Hinton, həmçinin Pyer de Şarden ola bilər.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.