![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/98/Juan_Peron_con_banda_de_presidente.jpg/640px-Juan_Peron_con_banda_de_presidente.jpg&w=640&q=50)
Peronizm
From Wikipedia, the free encyclopedia
Peronizm (isp. Peronismo) və ya xustisializm (isp. Justicialism — «ədalətçilik») — Argentinada prezident Xuan Peronun siyasəti ilə əlaqələndirilən siyasi ideologiya. Bu, XX və XXI əsrlərin Argentina siyasətində təsirli bir hərəkat olmuşdur.[1] 1946-cı ildən bəri peronistlər namizəd olmağa icazə verilən 13 prezident seçkisindən 10-da qalib gəliblər.[2] İdeologiya "milliyətçilik və əməkçiliyin qeyri-müəyyən qarışığı"[2] və ya populizm[3] kimi təsvir edilmişdir.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/98/Juan_Peron_con_banda_de_presidente.jpg/320px-Juan_Peron_con_banda_de_presidente.jpg)
Siyasi hərəkat olaraq peronizm iki əsas istiqamətə malikdir. Sağ istiqamət siyasi və iqtisadi konsepsiyaya malikdir və Xuan Peron ilə eyniləşdirilir, sol istiqamət isə sosial yönümlüdür və Evita Peron ilə əlaqələndirilir.