![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/e/e3/St-thomas-aquinas.jpg/640px-St-thomas-aquinas.jpg&w=640&q=50)
Peripatetik aksiom
From Wikipedia, the free encyclopedia
Peripatetik aksiom "əvvəlcə duyğuda olmayan heç nə, zehində yoxdur, (Lat: Nihil est in intellectu quod non sit prius in sensu)" şəklində ifadə edilir. Akvinalı Fomanın De veritate əsərində keçir (q. 2 a. 3 arg. 19).[1] Foma bu prinsipi Aristotelin qurduğu Yunan fəlsəfəsinin Peripatetik məktəbindən götürüb. Akvinalı Foma Tanrının varlığını duyğu göstəricilərinə əsaslanaraq sübut edilə biləcəyini iddia edirdi.[2] O, xüsusi empirik göstəricilərdən universal mənaları abstraktlaşdırma qabiliyyəti olaraq şərh etdiyi Aristotelçi "aktiv zehin" ("intellectus agens")[3] anlayışının variyasiyasını istifadə etmişdir.[4]
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/e/e3/St-thomas-aquinas.jpg/640px-St-thomas-aquinas.jpg)