![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/68/TechCrunch_Disrupt_Europe_Berlin_2013_%252810536888854%2529_%2528cropped%2529.jpg/640px-TechCrunch_Disrupt_Europe_Berlin_2013_%252810536888854%2529_%2528cropped%2529.jpg&w=640&q=50)
Pavel Durov
Rusiyalı sahibkar / From Wikipedia, the free encyclopedia
Pavel Valeryeviç Durov (rus. Павел Валерьевич Дуров; 10 oktyabr 1984, Leninqrad) — VKontakte sosial şəbəkə saytının və Telegram proqramının yaradıcısı kimi tanınan rusəsilli Fransa və BƏƏ sahibkarı.[2][3] Nikolay Durovun kiçik qardaşıdır. 29 sentyabr 2022-ci il tarixinə olan məlumata görə onun sərvəti 15,1 milyard ABŞ dolları dəyərindədir.[4] 2022-ci ildə Forbes jurnalına görə BƏƏ-nin ən varlı adamı kimi tanınıb.[5] 2023-cü ilin fevralında Arabian Business onu Dubayın ən güclü sahibkarı adlandırırdı.[6]
Pavel Durov | |
---|---|
rus. Павел Валериевич Дуров | |
![]() | |
Doğum tarixi | 10 oktyabr 1984(1984-10-10) (39 yaş) |
Doğum yeri | |
Uşağı | 2 |
Təhsili |
|
Fəaliyyəti | informatik, sahibkar |
Fəaliyyət illəri | 2006-cı ildən |
Üzvlüyü | |
durov.com | |
![]() |
2014-cü ildə VK-nın baş direktoru vəzifəsindən azad edildikdən sonra[7] bir neçə il ərzində Durov qardaşları Sent-Kits və Nevis vətəndaşları kimi könüllü sürgün[8] kimi dünyanı gəzdilər.[9]
2017-ci ildə Finlandiyanın nümayəndəsi kimi Dünya İqtisadi Forumunun Gənc Qlobal Liderlər qrupuna qoşulub.[10][11] Durov 2021-ci ilin avqustunda Fransa vətəndaşlığına qəbul edilib və buna görə də hazırda Avropa İttifaqı vətəndaşlığına sahibdir.[12]