From Wikipedia, the free encyclopedia
Patriotlar (həmçinin inqilabçılar, kontinentallar, üsyançılar və ya viqlər kimi tanınır) — Amerika inqilabı zamanı Böyük Britaniya krallığının koloniyalar üzərində nəzarətinə qarşı çıxan On üç koloniyada kolonistlər. Patriot siyasətçilər Amerika müstəmləkələri ilə bağlı Britaniya siyasətlərinə müstəmləkəçi müxalifətə rəhbərlik etdilər və nəticədə 4 iyul 1776-cı ildə Birləşmiş Ştatların İstiqlal Bəyannaməsini qəbul etmişdilər. 1776-cı ildə ABŞ İstiqlal müharibəsi başlayandan sonra patriotlar britaniyalılar və onların müttəfiqlərinə qarşı mübarizə aparmışdır. Müstəmləkələr 1783-cü ildə Birləşmiş Ştatlar kimi müstəqillik qazanmışdır.
Tomas Cefferson, Con Adams və Tomas Peyn kimi görkəmli patriot siyasi nəzəriyyəçilər Amerika maarifçiliyinə rəhbərlik etmişdilər, bu da öz növbəsində Frensis Bekon, Con Lokk və Jan-Jak Russo kimi Avropa mütəfəkkirlərindən ilhamlanmışdır. Amerika inqilabından əvvəl bütün On üç koloniyada köləlik mövcud olsa da, bu məsələ patriotlar arasında mübahisəyə çevrilmişdir. Onlardan bəziləri onun ləğvini dəstəklədi, digərləri isə köləlik lehinə düşüncəni müdafiə etmişdir.
Patriotlar koloniyalardakı hər bir sosial və etnik qrupun üzvlərini əhatə edirdi. Amerika inqilabı müstəmləkə əhalisini üç qrupa ayırmışdı: Britaniya hakimiyyətinin sona çatmasını dəstəkləyən patriotlar, Britaniyanın koloniyalar üzərində nəzarətini davam etdirməsini dəstəkləyən loyalistlər və bitərəf qalanlar. Patriotları dəstəkləyən afroamerikalılar qara patriotlar, Britaniya tərəfindəki afroamerikalılar isə qara loyalistlər kimi tanınırdılar.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.