From Wikipedia, the free encyclopedia
Parvati (sanskr. पार्वती, Pārvatī) Hinduizmdə bir Hind tanrıçasıdır. Xüsusilə evli qadınlar ərlərinə sağlam həyat və uzun ömür istəmək üçün ona yalvarırlar. Bu Hinduizmdəki çox qədim bir ənənədir. Parvati mətnlərin açıqlamasında əsasən Şakti və ya Durqanın bir təmsili olaraq görülmüşdür. Uma, Lalitha, Gowri, Şivakamini və Aparna yüzlərlə fərqli adlardan bir neçəsidir.
Parvata sanskritcə "dağ" mənasını verən sözlərdəndir; beləliklə "Parvati" "Dağların osu (qadını)" kimi bir məna verir. Adın bu mənasının səbəbi Parvatinin dağların tanrısı olan Himavanın qızı olmağındandır. Parvatinin valideynləri Himavat yəni Himalay dağlarının təcəssümü (cismaniləşmiş, bədən tapmış halı) və apsara Menādır. Parvati inanclarda Şivanın ikinci arvadıdır. Lakin Dakşayanidən (Şivanın ilk arvadı) fərqli deyildir, əslində onun bir reankarnasiyasıdır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.