From Wikipedia, the free encyclopedia
Paroxod[1] — buxar maşını və ya buxar turbini ilə hərəkətə gətirilən gəmidir.
Paroxod | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
Buxar gəmiləri pərli çarxlarla və ya pərli vintlərlə təchiz olunurlar. Vint buxar maşını ilə bir oxda oturdulur. Çarxla işləyən gəmilərdə isə ötürmədə əlavə olaraq sürətlər qutusu yerləşdirilir.
1774-cü ildə öz vəsaiti hesabına Jaffrua d’Abban (1751–1832) kiçik buxar gəmisi quraşdırdı ancaq sınaqlar uğurlu olmadı. 1783-cü ildə Markiz özünün ikinci buxar modelini sınaqdan keçirdi. Lakin tezliklə ölkədə inqilab başladı və fransızlara paroxod maraqlı deyildi.
1774-cü ildə görkəmli ingilis ixtiraçısı Ceyms Vatt (1736–1819) ilk universal istilik mühərrikini (buxar maşınını) yaratdı. Bu ixtira parovozların, paroxodların və ilk (buxar) avtomobillərinin yaradılmasına imkan yaratdı.
Tarixdə ilk paroxod 1787-ci ildə amerikalı Con Fitc (1743–1798) tərəfindən qurulmuşdur. Tezliklə o, ikinci "Perseverans" paroxodunu yaratdı. Hər iki paroxod avarlı, çarxsız idi. Maşın gəminin yan tərəflərində yerləşdirilmiş avarları hərəkətə gətirirdi. 1788-ci ildə 18 metr uzunluğu olan "Perseverans" hətta Filadelfiya ilə Burminqton arasında müntəzəm reyslər edərək 10 km/saat orta sürətlə 30 sərnişin daşıyırdı. Fitcin təcrübələrinin aşkar müvəffəqiyyətlərinə baxmayaraq onun kəşfi inkişaf etdirilmədi.
1802-ci ildə ingilis dağ mühəndsi Uilyam Sayminqon "Şarlotta Dandas" maşınından istifadə etdi. Bu maşının gücü 10 at qüvvəsi idi və o, gəminin arxa tərəfində yerləşən avarlı çarxı fırladırdı. Təcrübələr müvəffəqiyyətlə keçdi. Lakin bu ixtira ingilisləri maraqlandırmadı.
Gəmiqayırmada buxar mühərriklərinə ciddi marağı amerikalı mühəndis R. Fulton (1765–1815) yaratdı. Bu da tarixə paroxodun kəşfi kimi daxil oldu.
1800-cü ildə Fulton taxtadan hazırlanmış ilk sualtı qayığı quraşdırdı və iki köməkçisi ilə 7 m dərinliyə endi.
1801-ci ilin iyulunda Fulton daha böyük təbəqə misdən hazırlanmış sualtı gəmini suya endirdi. O, üç nəfər üçün hesablanmışdı. Sıxılmış havadan istifadə edilməsi su altında qalmanı 4.5 saata qədər artırırdı.
Yeni sualtı gəminin gövdəsinin uzunluğu 7 m-ə yaxın, diametri isə 2 m-dən çox idi. Xarici görünüşcə o, siqara bənzəyirdi. Öz zamanı üçün sualtı qayıq yaxşı yüklənmə dərinliyinə malik idi – 30 m-ə yaxın. Qayığın qabaq hissəsində iki balaca pəncərə və giriş lyuku var idi.
Fultonun "Nautilus"u yeraltı qayıqlar tarixində sualtı və suüstü üzmək üçün ayrı-ayrı qurğuları olan ilk sualtı qayıqdır.
Su altında əl ilə fırlanan dördpərli vint yarım düyün (5-düyün-sürətin ölçü vahidi, 1.852 km/saat-a bərabərdir) sürət yaratmağa imkan verir.
Fultonun özü hərəkət edən gəmilərlə ilk sınaqları 1793-cü ilə aiddir və həmin vaxt o nəticəyə gəldi ki, ən yaxşı variant üç və ya altı pəri olan avarlı çarxdır. "Klermont"un maşın hissəsi isə qazandan və şaquli buxar silindrindən ibarət idi. Gəmidə üç böyük kayut (36, 24 və 18 sərnişin üçün), eləcə də mətbəx, bufet və anbar var idi.
Məhz bu gəmi Robert Fultonun adını əbədiləşdirdi. Gəminin ixtira fikri ona mənsub olmasa da, ilk dəfə onu müvəffəqiyyətlə həyata keçirdi və məhz öz "Klermont"u ilə Amerikada və sonra bütün dünyada gəmiçilik inkişaf etməyə başladı.1807-ci ildə "Klermont" Qudzon çayı ilə Nyu-Yorkdan Olbaniyə ilk reysini etdi. O, 32 saata orta hesabla 7.6 km/saat sürətlə 150 mil (təxminən 240 km) yol getmişdi. Çay axını ilə gəminin geri qayıtması 30 saat vaxt apardı. Bu dünyada buxar gəmisinin ilk dayanmadan uzunmüddətli reysi idi.
Konstruksiyasında bir sıra təkmilləşdirilmə aparıldıqdan sonra Fulton öz gəmisi ilə seçilmiş çay yollarında müntəzəm reyslər təşkil etdi. Fultonun gəmisində yatmaq üçün yeri olan üç böyük kayut, mətbəx, bufet və anbar düzəldilmişdi. Bütün sərnişinlər üçün eyni qayda tətbiq edilirdi. Nyu-Yorkdan Olbaniyə qədər gediş haqqı 7 dollar təşkil edirdi (o zamanların qiymətlərinə görə kifayət qədər baha idi), buna baxmayaraq səyahəti arzu edənlər də həddindən çox idi.
1809-cu ildə Fulton öz gəmisini patentləşdirdi. Ciddi desək, özündən əvvəlki gəmilərdən o heç nə ilə xüsusən fərqlənmirdi. Lakin ona tarixə düşmək və gəmiçilik tarixində yeni eranı açmaq xoşbəxtliyi nəsib olmuşdu. Yalnız bir illik istismar zamanı "Klermont"un satışdan 16000 dollar pul əldə etdi. Bu isə buxar gəmilərinin aşkar üstünlüyünü təsdiq etdi.
Sonrakı illər Fulton Livinqstonun firması daha bir neçə buxar gəmiləri hazırladı. 1816-cı ildə məsələn, ona 16 gəmi məxsus idi ki, onlardan biri "Klermont"a nisbətən dörd dəfədən çox böyük, görkəmi dəyişmiş– 60 güclü buxar maşınından ibarət "Konnektikum" gəmisi idi.
1814-cü ildə Fulton dünyada ilk dəfə 44 topu olan hərbi buxar gəmisi "Demoloqos"u yaratdı və bu gəmi ingilislərə qarşı müharibədə istifadə edildi. 1819-cu ildə amerika pərli çarxlarla işləyən buxar gəmisi Savanna ilk dəfə olaraq Atlantik okeanını keçir. Ancaq yolun çox hissəsini o yelkənlə getmiş idi. Bu üsul gəmiçilkdə uzun müddət saxlanmışdır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.