Paris sülh müqavilələri (1947)
paris sulh muqavilesi / From Wikipedia, the free encyclopedia
Paris sülh müqavilələri (1947) (fransızca: Traités de Paris) — İkinci Dünya müharibəsinin 1945-ci ildə sonlanmasından sonra 10 fevral 1947-ci ildə imzalanan müqavilələrdir. Paris Sülh Konfransı 1946-cı ild 29 iyuldan 15 oktyabr 1946-cı ilə qədər davam etmişdir. Konfransda keçmiş müharibədəki əsas müttəfiq dövlətlər - Fransa, Böyük Britaniya, ABŞ və Sovet İttifaqı keçmiş Almaniya müttəfiqləri olan, lakin müharibənin sonlarına yaxın tərəf dəyişdirərək ona müharibə elan etmiş İtaliya, Rumıniya, Macarıstan, Bolqarıstan və Finlandiya ilə imzalanmalı müqavilələrin maddələrini müzakirə etmişdilər. Bu dövlətlərə beynəlxalq münasibətlər sistemində özlərini suveren dövlət kimi mövcudiyyətlərini davam etdirməyə və BMT-ə üzv olmağa haqq verildi.[lower-alpha 1] Həmçinin Paris sülh müqavilələri Almaniya ilə Sovet İttifaqı arasında müharibənin başlamasından əvvəl imzalanmış və Sovet İttifaqını Almaniyanın Avropadakı işğallarının birinci mərhələsində onun de-fakto müttəfiqi olmasına yol açan Molotov-Ribbentrop Paktını[lower-alpha 2] görməzdən gəldi. Bu paktın gizli maddələri əsasıında Polşanın sovetlər və nasistlər arasında paylaşdırılması, Latviya, Estoniya və Litva da daxil olmaqla, bir çox ölkənin işğalı, Finlandiya, Rumıniya kimi dövlətlərin bir hissəsinin ilhaqı nəzərdə tutulmuşdu. Bu pakt faktiki olaraq Paris Sülh Konfransı (1919-1920) zamanı formalaşdırılmış sərhədlərin dəyişdirilməsinə yol açdı və 23 avqust 1939-cu ildə imzalandı. Bundan bir həftə sonra İkinci Dünya müharibəsi Almaniyanın Polşanı işğal etməsi ilə başladı. 1941-ci ilə qədərki iki il ərzində Almaniya və Sovet İttifaqı Şərqi Avropadakı dövlətlərin sərhədlərini müvafiq olaraq dəyişdirdilər.
Paris sülh müqavilələri (1947) | |
---|---|
Müqavilənin tipi | Sülh müqaviləsi |
İmzalanma tarixi | 10 fevral 1947 |
İmzalanma yeri | Paris, Fransa |
Qüvvəyə minməsi | |
• şərtləri |
Məğlub olmuş dövlətlər müharibə təzminatları ödəməyə məcbur edildilər. Bu təzminatın miqdarı təzminatı verən və alan dövlətin müharibədəki fəaliyyətinə görə dəyişməkdə idi. Bolqarıstanın Cənubi Dobruca ərazisi istisna olmaqla, Almaniyanın müttəfiqi olan dövlətlərin müharibə boyunca öz ərazilərinə ilhaq etdikləri torpaqlar əllərindən geri alındı. |
İmzalayanlar |
ABŞ SSRİ Böyük Britaniya Fransa "Almaniya və Yaponiya ilə Üçtərəfli Paktın iştirakçısı"[1] İtaliya "Hitler Almaniyasının müttəfiqləri"[1] Rumıniya Bolqarıstan Macarıstan Finlandiya |
Vikianbarda əlaqəli mediafayllar |
Sülh müqavilələrinə müharibə təzminatlarının müəyyənləşdirilməsi, milli azlıqların hüquqları və ərazi dəyişiklikləri daxil idi. Bu ərazi dəyişiklikləri nəticəsində Şimali Afrika, Şərqi Afrika, Yuqoslaviya, Yunanıstan və Albaniyadakı İtaliya koloniyal imperiyasına son qoyuldu, eyni zamanda İtaliya-Yuqoslaviya, Macarıstan-Çexoslovakiya, Sovet İttifaqı-Rumıniya, Macarıstan-Rumıniya, Fransa-İtaliyya və Sovet İttifaqı-Finlandiya sərhədlərinə dəyişikliklər edildi. Müqavilələr həmçinin müxtəlif dövlətləri müharibə cinayətləri ilə bağlı mühakimə olunmaq üçün müttəfiq dövlətlərə təqsirləndirilən hərbi cinayətkarları təhvil verməyə məcbur edirdi.