Parana ştatı
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Parana (port. Paraná) — Braziliyanın cənubunda yerləşən ştat. Şimaldan Matu-Qrosu-du-Sul və San-Paulu ştatları ilə sərhədə malikdir. Cənubdan Santa-Katarina ştatı və Argentina, qərbdən isə Paraqvay ilə sərhədi mövcuddur. Şərqini Atlantik okeanın suları yuyur[3][4]. İnzibati mərkəzi Kuritibadır.
Parana ştatı | |
---|---|
|
|
Ölkə | |
İnzibati mərkəz | Kuritiba |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1889 |
Sahəsi |
|
Hündürlük | 672 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | BR-PR |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Parana ştatı (Santa-Katarina və Riu-Qrandi-du-Sul) ərazisi Braziliyanın Cənub tropikindən cənubda yerləşən ştatlarındandır[3].
Ştat ərazisi əsasən platodan ibarətdir ki, burada da hündürlük 200-1000 metr arasında dəyişir. Platonun kənarları getdikcə alcalır. Bu ərazilərin böyük qismi kamposla örtülüdür.
Ştat ərazisindən axan çaylar güçlü hidroenergetika potensialına malikdirlər. Ən iri çaylarından biri Parana çayıdır[5].
Parananın paytaxtı olan Kuritiba planlı arxitektura sayəsində, avanqardizm elementlərinə baxmayaraq özünə məxsusluğu ilə seçilir.
Ştat ərazində etnik rəgarənlik yüksəkdir. Bu səbəbdən ona «Bütün xalqların torpağı» adı verilmişdir. Ştat əraxisində təqribi olaraq 30 xalqın nüşmayəndəsi yaşayır[3]. Ştat rəhbərliyi uzun zaman miqrasiya dalğasını stimullaşdırırdılar. Bura almanlar, livanlılar, yaponlar, ukraynalılar, italyanlar və polyaklar miqrasiya etmişlər.
Ştat ərazisinə ilk polyak immiqrantlar 1869-cu ildə kiçik qrupla köç etmişlər. Sonradan 1890-cu polyakların ştat ərazisinə ikinci köç dalğası olmuşdur. Artıq 1930-cu illərdə ştat ərazisində 150 min polyak yaşayırdı. Bu isə ştat əhalisinin 18% təşkil edirdi.
Polşadan gələn immiqrantların böyük qismi kənd təsərrüfatı ilə məşğul olurdular.
Ştat inzibayi cəhətdən 10 mezoregiona və 39 mikroregiona bölünür.
Əlverişli iqlim şərtləri əsasında ştat ərazisində ilk dəfə heyvandarlıq inkişaf etdirilmişdir. Bununla belə artıq XIX əsrin ikinci yarısından etibarən əkinçiliyin müxtəlif sahələri cücərməyə başlayır. Əsasən mate və kofe yetişdirilir. Parana Braziliyanın ən varlı beş ştatı siyahısına daxildir. Ştatda qoyunçuluq çiçəklənir. Üdtəlik ekoturizm isə inkişaf mərhələsindədir[3].
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.