From Wikipedia, the free encyclopedia
Pançala (sanskrit dilində: पांचाल, Pāñcāla IAST) — Şimali Hindistanda müasir Uttarakhand [1] və Uttar Pradeş [2][3][4] ştatlarının ərazisində, Qanq və Camna çayları arasında yerləşən tarixi region.
Veda dövründə Pançala çarlığı urbanizasiya mədəniyyətinin mərkəzi olmuşdur. Bu dövr təxminən e.ə. 1100-cü ildə meydana gələn və e.ə. 600-cü ildə tənəzzül edən boz cizgili mədəniyyət dövrü ilə səciyyələnir. O zaman Pançala Maxacanapad (Sanskrit dilində: "böyük şəhər" - Budda mənbələrinə əsasən Hindistanın şimal və şimal-qərb hissəsi) ərazisində Buddanın doğulmasınadək mövcud olmuş on altı dövlətdən biri idi. Bu regionda iki veda təriqəti - Şaunaka [5] və Tayttiriya [6] geniş yayılmışdır.
Pançala yuxarı Himalay ilə Qanq çayı arasındakı ərazidə yerləşirdi. Bu region iki hissəyə Uttara-Pançala və Dakşina Pançalaya bölünürdü. Uttara-Pançalanın paytaxtı müasir Ramnaqar şəhərinin yerləşdiyi ərazidə mövcud olmuş Axiçatra şəhəri idi. (Tarixi mənbələrdə bu şəhər Adxiçxatra və ya Çxatravati adları ilə də qeydə alınmışdır). Dakşina-Pançalanın paytaxtı isə mənbələrdə Kampilya və ya Kampil adları ilə tanınan şəhər olmuşdur. Pançalanın ərazisində, həmçinin məşhur Kanyakubca (Kannauc)[7] şəhəri də yerləşirdi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.