From Wikipedia, the free encyclopedia
Pambıq ağacı — Syerra-Leonenin paytaxtı Fritaunun tarixi simvolu olan ağac. Ceiba pentandra növünə məxsusdur. Əfsanəyə görə ağac 1792-ci ildə ABŞ İstiqlal müharibəsi zamanı Britaniya üçün döyüşüb müstəqillik qazanan və indiki Fritaun şəhərinin əsasını qoyan keçmiş Afrika amerikalı qullar üçün böyük əhəmiyyətə malik olmuşdur. "Yeni şotlandlar" və ya "Navatiyalılar" adlandırılan bu Qara sədaqətlilər 11 mart 1792-ci ildə Fritaun şəhərinin əsasını qoymuşdurlar.[1]
Əfsanəyə görə sahildə enmiş və körfəzin yuxarısında yerləşən nəhəng ağaca doğru getmişlər. Ağacın ətrafında yığışmış, dua edərək və himn oxuyaraq tanrıya minnətdarlıqlarını bildirmişlər. Ağacın tam yaşı bilinmir, lakin 1787-ci ildə mövcud olduğu məlumdur.[1]
Müsair dövrdə Pambıq ağacı Fritaun şəhərinin qədim hissəsində, Ali Məhkəmə binasının, musiqi klubunun və Milli Muzeyin yaxınlığında yerləşir. Syerra-Leonelilər bu ağacı Fritaun şəhərinin simvolu hesab edirlər.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.