From Wikipedia, the free encyclopedia
Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu[1] – Azərbaycanın Abşeron rayonunda yerləşən dövlət qoruğu. Qoruğun ərazisi 12.322,84 hektardır və burada 43 palçıq vulkanı mühafizə olunur.[2] Dünyanın ən böyük palçıq vulkanı Torağay da bu qoruqda mühafizə olunur.[3][4][5]
Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu | |
---|---|
| |
BTMB kateqoriyası — Ia (Ciddi Təbiət Qoruğu) |
|
Sahəsi | 12.322,84 hektar |
Yaradılma tarixi | 15 avqust 2007 |
İdarəetmə orqanı | AETSN |
Yerləşməsi | |
40°27′49″ şm. e. 49°57′27″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Abşeron |
Yerləşməsi | Abşeron yarımadası |
Yaxın şəhər | Bakı |
|
Azərbaycan Respublikası palçıq vulkanlarının ən çox yayıldığı ölkədir.[6] Hazırda ölkədə 400-dən çox palçıq vulkanı qeydə alınıb[7], bu da dünyada olan palçıq vulkanlarının yarısının Azərbaycanda olduğunu bildirir. Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 15 avqust tarixli 2315 nömrəli Sərəncamı ilə Bakı və Abşeron yarımadasında yerləşən palçıq vulkanlarının bir hissəsinin ərazisində yaradılıb. Müvafiq Sərəncama əsasən Dövlət Təbiət Qoruğunun yaradılmasının əsas məqsədi kimi palçıq vulkanlarına antropogen təsirlərin azaldılması, ərazidə aparılan intensiv inşaat işləri və vulkanların püskürmə ehtimalı olan zonalarda yaşayış binalarının inşasının qarşısınının alınması göstərilib. Bundan sonra Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 29 sentyabr tarixli 294 nömrəli Sərəncamı ilə 12.322,84 ha sahədə 43 palçıq vulkanının ərazisi qoruq elan edilib.[1]
Qoruğun fəaliyyətində əsasən iki prioritet istiqamət müəyyən olunmuşdur:
Qoruq əməkdaşları xüsusi mühafizə statusu şamil edilmiş 43 palçıq vulkanında mütamadi olaraq elmi stasionar müşahidələr aparmaqla ekoloji şəraitin proqnozlaşdırılması, təbiətin mühafizəsinin elmi əsaslarının hazırlanması, vulkanik proseslərin dinamikasının öyrənilməsi ilə yanaşı, həm də, onların antropogen müdaxilələrdən qorunmasını təmin etməklə vulkanik landşaftın təbii vəziyyətini saxlayırlar.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.