From Wikipedia, the free encyclopedia
Pakistanda din — Pakistan İslam Respublikasındakı dini vəziyyətə verilən ad. Pakistanda dövlət dini İslam dinidir. Əhalinin 96%-i müsəlmanlardan ibarətdir. Müsəlmanların sayına görə İndoneziyadan sonra dünyada 2-ci yerdədir.[1] Müsəlmanların əksəriyyəti sünnilərdir (95%)[2], şiələr isə müsəlman əhalinin 5%-ni təşkil edir.[3].
Konqres Kitabxanası, ABŞ Dövlət Departamenti, The World Factbook, Pensilvaniya Universiteti və Oksford Universiteti tərəfindən həyata keçirilmiş müxtəlif tədqiqatlarda Pakistanda əhalinin dini baxımdan bölgüsü üzrə fərqli rəqəmlər ortaya çıxmışdır. Bu hesablamaların fərqli olmasının əsas səbəbi onların müxtəlif metodlarla hesablanması olmuşdur. Ölkədə hazırda əhalinin dini baxımdan bölgüsünün aşağıdakı kimi olduğu təxmin edilir:
İslam (96%)
Digər dinlər
2012-ci ildə həyata keçirilmiş hesablamalara əsasən Pakistanda 18 yaşdan yuxarı 5,900,000 nəfər özünü qeyri-müsəlman kimi təqdim etmişdir.
İslam dini Pakistanda dövlət dinidir. Ölkə müsəlmanların sayına görə dünyada İndoneziyadan sonra ikinci yerdədir.[10] Ölkənin bir çox yerində Məzhəb adlanan islami hüquq məktəbləri fəaliyyət göstərir. Pakistanlı sünni müsəlmanların əksəriyyəti hənəfi məzhəbinə aiddir. Şiələrin əksər hissəsi isə "On iki imam şiəliyi" əqidəsinə aiddir.
Hinduizm dini Pakistanda İslamdan sonra ikinci ən böyük din hesab olunur.[11] 2010-cu il hesablamalarına görə, Pakistan dünyada ən böyük beşinci hindu əhalinin yaşadığı ölkədir.[12] Hinduizmə etiqad edənlər ölkənin bütün regionlarında yaşasalar da, onlar daha çox Sindh əyalətində üstünlük təşkil edirlər. Onlar Sindhi, Seraiki, Qucarat və başqa dillərdə danışırlar.[13]
Xristianlar Pakistan əhalisinin 1,6%-ni təşkil edirlər. Xristian icmalarının əksər hissəsi hələ Britaniya Hindistanı dövründən Pəncab əyalətində yerləşir. Katolik icması isə xüsusilə Kəraçi şəhərində yerləşir.
Bəhailik hələ ingilis koloniyaları dövründən bəri Pakistanda müstəqil dini icma şəklində fəaliyyət göstərir. Bu dinin banisi olan Bəhaullah öz davamçılarını bugünkü Pakistan ərazisinə köç etmələri və dini burada da yaymağı tapşırmışdır.[14]
Cari hesablamalara əsasən Pakistanda yaşayan bəhailərin ümumi sayı təqribən 79 min nəfərdir.
XV əsrdən Pakistanda yayılmağa başlayan Siqhizm dininin hazırda bu ölkədə olan nümayəndələrinin sayı təqribən 20 min nəfərdir.
Zərdüştilik dininə sitayiş edənlərin ümumi sayı 4 min nəfərdir.[15] Müasir Pakistan ərazisinə zərdüştlər XV əsrdən etibarən İran ərazisindən gəlməyə başlamışdır. 1947-ci ildə Pakistan müstəqillik əldə etdiyi dövrdə Kəraçi və Lahor şəhərləri bu dinə sitayiş edən parsilərin əsas ticarət mərkəzləri hesab olunurdu. Pakistan dövlətinin qurucusu olan Məhəmməd Əli Cinnahın həyat yoldaşı olan Ratti Bai İslamı qəbul etməzdən əvvəl Zərdüştilik dininə sitayiş edirdi.[16]
Pakistanda qədim köklərə malik olan Buddizm dini nümayəndələrinin sayı son hesablamalara əsasən 1500 nəfərdir.[15]
14 avqust 1947-ci ildə Pakistanın yenicə müstəqillik əldə etdiyi dövrlərdə burada təqribən 1500 nəfər yəhudi yaşayırdı, lakin onların əksəriyyəti 1948-ci ildən etibarən İsrailə köç etmişdir. Hazırda Pakistandan gəlmiş yəhudilərin çoxu İsrailin Ramla şəhərində məskunlaşmışdır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.