Fərdi cib kompüteri
çoxməqsədli mobil cihaz / From Wikipedia, the free encyclopedia
PDA — (ing. Personal Digital Assistant, PDA — "fərdi cib kompüteri") —geniş funksional imkanlara malik olan portativ hesablama qurğusudur. Əvvəlcə PDA orqanayzer kimi istifadə üçün nəzərdə tutulmuşdur. Klassik PDA-da zəng etmək xidməti yoxdur. Buna görə də hal-hazırda klassik PDA-lar mobil rabitə funksiyası olan smartfonarla əvəz olunmuşdur. İngilis dilində "cib kompüteri" söz birləşməsi (Pocket PC) Microsoft firmasının ticarət markasıdır, yəni yalnız PDA növlərindən birinə aiddir, amma qurğuların bütün sinfini ifadə etmir. İngilis dilində bu tip qurğuların bütün sinfi üçün PDA abreviaturu istifadə olunur.
Bu adın digər istifadə formaları üçün bax: PDA (dəqiqləşdirmə).