Ozu qəsri
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Ozu qəsri (大洲城, Ōzu-jō?) və ya Cizoqatake qəsri (地蔵ヶ嶽城, Jizō-ga-take-jō?) — Yaponiyanın Ehime prefekturasının Ozu şəhərində yerləşən qəsr. Qəsr 1331-ci ildə memar Utsunomiya Toyofusa tərəfindən tikilmişdir. 1888-ci ildə qəsrin donjonu (天守, tenşu?) məhv olmuşdur, amma 2004-cü ildə yenidən bərpa edilmişdir.
Ozu qəsri | |
---|---|
yap. 大洲城 | |
33°30′36″ şm. e. 132°32′24″ ş. u.HGYO | |
Ölkə | Yaponiya |
Şəhər | Ozu, Ehime prefekturası |
Memar | Utsunomiya Toyofusa |
Tikilmə tarixi |
İnşası: 1331 Bərpası: 2004 |
Rəsmi sayt | ozucastle.jp |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ozu qəsri 1331-ci ildə Utsunomiya Toyofusa tərəfindən tikilmişdir. Lakin qəsrin indiki halı 1585-1617-ci illərdə inşa edilmişdir. Bu dövrdə qəsr Vakisaka Yasuharu, Kobayakava Takakaqe, Todo Takatora və Toda Katsutaka kimi hökmdarlar tərəfindən istifadə olunmuşdur. 1617-ci ildə qəsr Kato Sadayasu tərəfindən ələ keçirilmiş və qəsr Meyci dövrünə qədər Kato klanının nəzarəti altında olmuşdur. 1888-ci ildə qəsrin donjonu yanğın nəticəsində məhv olmuşdur, amma dəhlizlərlə donjonla əlaqələnən iki yaqura (qüllə) salamat qalmışdır. İkinci dünya müharibəsində qəsrə bomba düşmüşdür. 2004-cü ildə donjon və yaquralarla əlaqələnən dəhlizlər bərpa olunmuşdur. Yaquralarda və donjonda qəsrin tarixindən bəhs edən kiçik muzey açılmışdır.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.