Oymyakon
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Salam xoş gəlmişsiniz.Buyurun maraqlı məlumatlar öyrənin.
Oymyakon | |
---|---|
Өймөкөөн | |
63°27′46″ şm. e. 142°47′13″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 745 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +7 41154 |
Poçt indeksi | 678752 |
Vikianbarda əlaqəli mediafayllar |
Oymyakon — Rusiyanın Yakutsk bölgəsində kənd. Dünyanın, həyatın davam etdiyi ən soyuq məskunlaşma yeri olaraq bilinir. Burada hava istiliyinin tam-71.2 olaraq ölçüldüyü görülmüş. Əhalisi 500 nəfərə yaxındır. dəniz səviyyəsindən 750 metr yüksəkdə yerləşir.[2]
Oymyakon kəndi Sovet dövründə, 1920-ci ildə salınmışdır.
Kənddə isinmək üçün yalnız odun və kömürdən istifadə edilir. 2 aylıq yaz fəslində havanın temperaturunun 30°C çatdığı bildirilir. Qışda heç bir şeyin yetişmədiyi bu kənddə yaşayanlar, ancaq şimal maralı və at əti ilə qidalanır. Kənd sakinləri maşınlarını günün 24 saatı işlək vəziyyətdə saxlayırlar. Mühərriki söndürdükləri təqdirdə yenidən işləməyəcəyini bilən kənd sakinləri maşınlarını gecə belə işlək vəziyyətdə saxlayırlar. Ərazidə ən aşağı temperatur rus geoloq Sergey Obruçev tərəfindən 1924-ci ildə -71.2°C olaraq ölçülmüşdür.
Kəndin tək məktəbi isə təhsilə ancaq hava istiliyi-52 dərəcənin altına endiyində ara verir.
Oymyakon'da ən çətin işlərdən biri ölüləri basdırmaqdır. Əvvəl donmuş səth isti kömürlə yumşaldılır, sonra iş maşınlarıyla qazılır. İstiləşmənin yalnız odun və kömürlə edildiyi kənddə qış mövsümündə tikinti etmək az qala qeyri-mümkündür. İş maşınları ancaq isti kömürlə isidilərək qazıntı üçün uyğun hala gətirilir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.