From Wikipedia, the free encyclopedia
Ovacıq və ya Təkiryaylağı döyüşü— Nurəli Xəlifə komandanlığı altındakı Səfəvi ordusu ilə Bıyıklı Mehmed Paşa komandanlığı altındakı Osmanlı ordusu arasında baş vermiş döyüşdür. Döyüş nəticəsində Səfəvi ordusu məğlub olmaqla birlikdə, Nurəli Xəlifə həyatını itirmişdir.[2]
Ovacıq döyüşü | |||||
---|---|---|---|---|---|
Səfəvi-Osmanlı müharibəsi (1514–1555) | |||||
| |||||
Tarix | 1515 iyun | ||||
Yeri | Təkiryaylağı, Ovacıq, Tunceli, Türiyə | ||||
Səbəbi | Səfəvi-Osmanlı münasibətləri | ||||
Nəticəsi | Osmanlı imperiyası qalib gəldi | ||||
Münaqişə tərəfləri | |||||
|
|||||
Komandan(lar) | |||||
|
|||||
Tərəflərin qüvvəsi | |||||
|
|||||
İtkilər | |||||
|
|||||
1512-ci ildə Şərqi Anadoludakı müxtəlif türk və qeyri-sünni tayfalar Səfəvilər lehinə Osmanlı hakimiyyətinə qarşı üsyana başladılar. Üsyanın mərkəzi Çəmişgəzək olmaqla birlkdə, Tokata qədər ciddi toqquşmalara və qırğınlara səbəb oldu. Üsyanı yatırmaq üçün Sinan Paşa komandanlığı altında bölgəyə Osmanlı ordusu göndərilsə də, bu ordu qızılbaşlar tərəfindən ağır məğlubiyyətə uğradıldı.[3]
Bu üsyan başlayan zaman Səlim şahzadə idi və baş verənləri diqqətlə izləməkdəydi. Sonradan taxt uğrunda mübarizədə qalib gələrək atasını hakimiyyətdən devirməyi bacardı və ordusunu hazırlayaraq Səfəvilər üzərinə yürüşünə hazırlaşdı.Bu səfərin böyük döyüşü olan Çaldıran döyüşündə qələbə qazandı. Bu məğlubiyyətən sonra Səfəvi ordusunun Şərqi Anadoludakı hakimiyyətinin əsasları laxlamağa başladı. Son olaraq Kemah mühasirəsi ilə Ərzincandakı hakimiyyətini də itirən Şah İsmayıl Nurəli Xəlifəyə hücuma keçmə əmri verdi. Nurəli Xəlifə ilə döyüşmək üçün isə Səlim sevimli sərkərdələrindən olan Bıyıklı Mehmed Paşanı vəzifələndirdi. Tərcan, Kəmax və Qarahisardan əlavə qüvvələr toplayan Bıyıklı Mehmed Paşa yaz aylarında Fərat çayını keçdi.[4]
Nurəli Xəlifə Çəmişgəzəyə ilk daxil olduğunda bölgənin yerli hakimi Rüstəm bəy Səfəvi ordusuna müqavimət göstərmədi və tabe oldu. Çaldıranda Osmanlı ordusuna qarşı döyüşsə də, məğlubiyyətdən sonra Səlimə sığınıb bağışlanma istəsə də, tələbi qəbul edilməmiş və edam edilmişdi. Oğlu Pir Hüseyn bəyin isə sığınma tələbi qəbul edildi və qüvvələri ilə birlikdə Bıyıklı Mehmed Paşaya qatılması barədə əmr aldı.[5]
Osmanlı ordusunun yaxınlaşması barədə məlumat alan Səfəvi ordusu döyüşə tam hazır olmamasına baxmayaraq, geri çəkilmədi və onları qarşılamaq üçün yola qoyuldu. İki ordu Türkiyənin indiki Tunceli bölgəsində yerləşən Ovacığın Təkiryaylağı adlanan məntəqəsində qarşı-qarşıya gəldi.
Sərt keçən döyüşdə Səfəvi ordusu inadkar şəkildə durmadan hücumlar təşkil etsə də, sonda Osmanlı ordusu güclü artilleriya dəstəyi sayəsində qələbə qazandı. Döyüşü davam etdirməkdə qərarlı olan qızılbaşlar komandanları Nurəli Xəlifənin öldürülməsindən sonra dağılmağa başladı. Döyüş nəticəsində hər iki tərəf ağır itki versə də, Səfəvi ordusunun itkisi artilleriya zərbələrinə görə xüsusilə ağır idi.
Nurəlinin ölümü və bölgədəki Səfəvi ordusunun dağılması ilə Tunceli bölgəsində osmanlı ordusuna müqavimət göstərə biləcək qüvvə qalmamışdı. Qısa müddət ərzində ətrafdakı bəzi qalalar ələ keçirildi, bəziləri isə təslim oldu. Bölgə imtiyazlı bir sancaq elan edilərək Pir Hüseyn bəyə verildi. 3 ildir Anadoluda Osmanlı dövləti üçün böyük problem yaradan Nurəli Xəlifə üsyanını bitirən Bıyıklı Mehmed Paşa buradan Bayburta getdi. Sağ qalmış qızılbaşlar isə şərqə doğru geri çəkildilər.[6]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.