Osroena
From Wikipedia, the free encyclopedia
Osroena (ingiliscə: Osroene; yunanca: Όσροηνῆ; suriyanca: ܡܠܟܘܬܐ ܕܒܝܬ ܥܣܪܐ ܥܝܢܐ Malkuṯā d-Bēt ʿŌsrā ʿĪnē) – eramızdan əvvəl 132-ci və 244-cü illər arasında mövcud olmuş[1] və İkiçayarasının ərazisində yerləşmiş qədim Suriyanı dövlət. Tarixdə xristianlığı rəsmi din kimi qəbul edən ilk dövlət olmuşdur. Eyni zamanda paytaxtı olmuş Edessa (müasir Türkiyədə yerləşən Şanlıurfa) şəhərinin adı ilə də tanınır.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/az/thumb/d/d0/Osroena200il.jpg/320px-Osroena200il.jpg)
E.ə. 132-ci ildə, ərəb əsilli sülalənin başçılığı altında, Osroena öz istiqlaliyyətini Selevkilər İmperiyasından qazanmışdır. Osroenanın hökmdarları əsasən Əbqar və Manu adlarını daşımış və mərkəzi ərazilərdə yaşayan ərəb şeyxləri olmuşlar[2]. Osroena adı eramızdan əvvəl 120-ci ildə bu ərazini Suriyalı Selevkilərdən ələ keçirmiş ərəb şeyxi Osroesin adı ilə əlaqəlidir[3].
Qədim rəvayyətə əsasən, Edessalı V Əbqar İsa peyğəmbərin 72 tələbəsindən biri olan müqəddəs Faddey tərəfindən xristianlığa çevrilmişdir[4]. 201-ci ildə IX Əbqar hakimiyyəti zamanında Osroena artıq tarixdə ilk xristian dövləti kimi tanınmışdır[5][6].