Oqaki Poster Muzeyi
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Yaponiya Milli Poster Muzeyi (日本国際ポスター美術館, Nihon Kokusay Posuta Bicutsukan?) və ya Oqaki Poster Muzeyi – Yaponiyanın Gifu prefekturasının Oqaki şəhərində yerləşən muzey. Yaponiyada poster incəsənətinə həsr olunmuş ilk və yeganə beynəlxalq muzeydir.[1]
Oqaki Poster Muzeyi | |
---|---|
Açılış tarixi | 25 oktyabr 1996 |
Ölkə | |
Yerləşir | Oqaki[d] |
35°23′39″ şm. e. 136°37′10″ ş. u.HGYO | |
ogaki-postermuseum-japan.com |
Dünyada ilk poster muzeyi 1968-ci ildə Varşavada açılmışdır və Polşa poster incəsənəti sahəsi üzrə qabaqcıl ölkələrdən birinə çevrilmişdir. Polşada keçirilən poster sərgiləri Yaponiyada da poster incəsənətinin inkişafına təkan vermişdir.[1] 1985-ci ildən etibarən Oqakidə posterlərə həsr olunmuş sərgilər keçirilməyə başlanmışdır.[2] 25 oktyabr 1996-cı ildə Oqaki Poster Muzeyinin açılışı baş tutmuşdur.[3]
Muzeydə posterlərin rəqəmsal verilənlər bazası yaradılmışdır. Burada poster sənətçilərinin sərgiləri fərdi keçirilir, müxtəlif ölkələrə aid posterlər sərgilənir.[1] Bundan əlavə, Anri de Tuluz-Lotrek və Jül Şere kimi poster sənətinin qurucusu olmuş şəxslərin işləri də muzeydə nümayiş etdirilir.[2] Muzeydə 10.000-dən çox poster saxlanılır.[3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.