On ikinci simfoniya (Motsart)
From Wikipedia, the free encyclopedia
On ikinci simfoniya Volfqanq Amadey Motsart tərəfindən 1171-ci ilin yayında onun ikinci İtaliya səfəri ərəfəsində Zalsburqda bəstələnmişdir.[2] Bu simfoniya əvvəlki əsərlərindən daha yetkin musiqi əsəri olması ilə fərqlənir.[3] Simfoniyanın ilk dəfə nə vaxt və harada ifa olunması dəqiq məlumat yoxdur. Ehtimal olunur ki, bu simfoniya ilk dəfə 1771-ci il 22 və ya 23 noyabr tarixlərində Milanda keçirilən konsertdə səsləndirilmişdi.