From Wikipedia, the free encyclopedia
Oda Nobunaqa (yapon織田 信長 ) 23 iyun 1534 – 21 iyun 1582) Yaponiyanın birləşdirilməsi üçün böyük işlər görmüş Orta əsrlər yapon sərkərdəsi.
Yaponiyada 34 il yaşamış və dəfələrlə Oda Nobunaqa ilə qarşılaşmış portuqaliyalı missioner Luiş Froiş, onu barəsindəki təəsuratı belə təsvir edir: " Bu orta boylu, incə quruluşlu, seyrək bığlı və məlahətli səsi olan adam idi. O şöhrətsevər və təkəbbürlü idi, lakin ədaləti sevirdi, kim tərəfindən olsa da təhqiri cavabsız qoymazdı. Eyni zamanda çox istiqanlı və mərhəmətli idi. Az yatırdı. Tez oyanırdı. Gözü tox idi. Həmişə gizli hərəkət edərdi. Hərbi işdə çox çevik və bacarıqlı, hirslənəndə səbirsiz, lakin tez soyuyan idi. O demək olar ki heç vaxt təbəələrinin məsləhətlərinə qulaq asmazdı. Ondan çox qorxsalar da hamı hörmət edərdilər. Çaxır içməzdi, yeməkdə tələbkar deyildi, davranışda çox sadə idi. Yapon imperatorlarına və knyazlarına nifrət edərdi, heç bir tanrını və bütləri tanımırdı, heç bir oncəgörmələrə və mövhumata inanmırdı. Və özü də buddist Nittiren təriqətinə mənsub olmağına baxmayaraq, nə tanrıya, nə əbədi ruhlara, nə də axirətə inanmırdı.[3]
1551 ildə, 42 yaşlı atası Oda Nobuhideni itirəndə, Oda Nobunaqanın 18 yaşı tamam oldu və o feodal evin və Ovari əyalətinin böyük hissəsinin mülkədarı oldu. Bu yeni keyfiyətdə təsdiq olunmaq üçün öz atasının düşərgəsindən olan, o cümlədən öz kiçik qardaşı Nobuyuki daxil, mümkün rəqiblərini soyuqqanlıqla öldürdü.[4] O yeddi il ərzində feodal Oda soyadının nümayəndələri məhv olana qədər şiddətli mübarizə apardı. Bundan sonra Nobunaqa bütün Ovari əyalətini özünə tabe etdi. O Naqoya qəsrindən Kiyösu qəsrinə köçərək buranı öz mülklərinin mərkəzi edir. Oda Nobunaqanın öz klanına qarşı belə qəddarlığı, qonşu klanların canına qorxu salır. Onun qonşularından biri Sayto Dosan onu "qorxulu insan və olduqca təhlükəli və xoşagəlməz qonşu"[5] adlandırır.
Bu vaxt gənc Toyotomi Hideyösi Oda Nobunaqanın qulluğuna girir və tezliklə yüksələrək Nobunaqanın qoşun hissələrinin birinə komandanlıq edir və nəhayət samuray dərəcəsinə yüksəlir, yəni hərbi-zadəgan zümrəsinə aid edilir.[6]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.