Nəzəriyyə
Məlum bir təbiət reallığına bağlı rasional açıqlama / From Wikipedia, the free encyclopedia
Nəzəriyyə (yun. θεωρία — baxmaq, araşdırmaq və tədqiq etmək).
- Geniş mənada – müəyyən bir hadisənin şərhinə və izahına yönəldilmiş baxışlar, ideyalar, təsəvvürlər kompleksi.
- Dar, xüsusi mənada – gerçəkliyin nəzəriyyə obyekti olan sahəsinin qanunauyğunluqları və mühüm əlaqələri haqqında tam təsəvvür yaradan elmi biliyin ən yüksək, inkişaf etmiş təşkil forması.
- Təcrübəni, ictimai praktikanı ümumiləşdirən, təbiətin və cəmiyyətin obyektiv qanunauyğunluqlarını əks etdirən elmi baxışlar, ideyalar sistemi, təlim.
- Hər hansı bir elm sahəsinin nəticə və qaydalarının ümumiləşdirilməsi.
- Hər hansı bir şeyə şəxsi baxış.
Nəzəriyyə ideya və prinsiplərin təlimi və təkmil sistemidir. Elmi təşkil edən ümumiləşdirilmiş qaydaların məcmusudur. O sintetik birlikdir, onun içərisində əvvəlki anlayışlar əvvəlki muxtariyyətlərini itirərək vahid pinsipin tərkib hissəsi olurlar.[1].