From Wikipedia, the free encyclopedia
Nəsibə Abdullayeva (tam adı: Nəsibə Məlik qızı Yarməhəmmədova, özb. Nasiba Abdullaeva, fars. نصیبه عبداللهیوا, rus. Насиба Абдуллаева; 15 noyabr 1961, Səmərqənd) — Özbəkistan müğənnisi, Özbəkistanın (1993) və Azərbaycanın (2022) xalq artisti.[1]
Nəsibə Abdullayeva | |
---|---|
Ümumi məlumatlar | |
Doğum adı | Nəsibə Yarməhəmmədova |
Doğum tarixi | 15 noyabr 1961 (62 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Fəaliyyət illəri | 1980-ci ildən |
Janrlar | pop musiqisi, xalq musiqisi |
Mükafatları |
[[Fayl:||link=d:Q112270343|Tacikistan Respublikasının Xalq artisti (Tacikistan) ]] |
nasibaabdullaeva.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Nəsibə Abdullayeva 11 noyabr 1961-ci ildə Özbəkistan Sovet Sosialist Respublikası Səmərqənd vilayətinin inzibati mərkəzi olan Səmərqənd şəhərində, Boğişamol məhəlləsində anadan olmuşdur.[2][3] Anası Xalçuçuk Xalimakulova əslən tacik, atası Məlik Yarməhəmmədov isə əslən iranlıdır.[4] Nəsibə Abdullayeva atasını etnik fars hesab edir.[mənbə göstərin]
Gəncədə doğulmuş, milliyyətcə azərbaycanlı olan, gitara ifaçısı Eldar Abdullayevlə 1980-ci ildə nikaha girmiş Nəsibə Yarməhəmmədovanın bu nikahından iki oğlu vardır[5][6]: Ənvər Abdullayev (d. 1981) və Əkbər Abdullayev (d. 1987)
30 avqust 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə "Xalq artisti" fəxri adı ilə təltif edilib[7]
İl | Film | Rolları | Qeydlər |
---|---|---|---|
1989 | "Nasiba" | Nəsibə Abdullayeva | Kameo |
1995 | "Yulduzingni ber osmon (Верни звезду мою)" | Məlikə | Vokal |
2003 | "Munis onam" | Nəsibə Abdullayeva | Kameo |
2006 | "Suiqasd" | ||
2008 | "Madaqaskar 2: Afrikaya qaçış" | Qloria | Səsləndirmə |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.