Nərcis
From Wikipedia, the free encyclopedia
Nərcis (ərəb. نرجس) — İmam Həsən əl-Əskərinin (232-260 hicri, 846-874 qəməri) həyat yoldaşı və İslamın on iki imam şiəliyi əqidəsində sonuncu imamın anasıdır. Onun adı kitablarda müxtəlif variantlarda, Fatimə, Nərcis, Reyhanə, Məryəm ibn Zeyd əl-Ələviyyə, Səqil və Səvsan kimi qeyd edilib.[4] Bir sıra mənbələrdə isə o, öz krallığından Ərəbistana hicrət edə bilmək üçün özünü köləliyə vuran “Roma (Bizans) şahzadəsi” kimi təqdim edilib.[5][6][7] Məhəmməd Əli Əmir-Muizzi “İran Ensiklopediyası”nda belə bir fikir irəli sürmüşdür ki, sonuncu variant “şübhəsiz ki, əfsanə və övliyanamədir”.[6] İbn Babaveyhin rəvayətinə əsasən, Nərcis yuxusunda İsanın anası Məryəmi və Məhəmmədin qızı Fatiməni görərək İslamı qəbul etmişdir.[8]
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Cəld faktlar Doğum tarixi, Doğum yeri ...
Nərcis | |
---|---|
Reyhanə | |
Doğum tarixi | IX əsr |
Doğum yeri | |
Vəfat yeri | Abbasilər xilafəti |
Həyat yoldaşı | Həsən əl-Əskəri |
Uşağı | İmam Mehdi[1][2][3] |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla