From Wikipedia, the free encyclopedia
Nuxa qalası[1][2][3][4][5][6][7][8][9][10][11][12][13][14][15][16] — indiki Şəki şəhərindəki qala.
Bu məqalə Nuxa qalası haqqındadır. Şəki qalası üçün Şəki qalası səhifəsinə baxın. |
Nuxa qalası | |
---|---|
41°12′14″ şm. e. 47°11′48″ ş. u. | |
Ölkə | Azərbaycan |
Şəhər | Şəki |
Yerləşir | Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğu |
Aidiyyatı | Şəki xanlığı |
Sifarişçi | Məhəmmədhüseyn xan |
Tikilmə tarixi | XVIII əsr |
Üslubu | Arran memarlıq məktəbi |
Material | çay daşı |
Rəsmi sayt | sheki.az |
İstinad nöm. | 330 |
Kateqoriya | Qala |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Şəki şəhəri 1969-cu ilə qədər "Nuxa" adlandığına görə bu qala da "Nuxa qalası" adı ilə məşhur idi. Hal-hazırda Azərbaycan Respublikası ərazisindəki salamat qalmış ən böyük orta əsr istehkamı olsa da, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Qala divarları" adı altında memarlıq abidəsi kimi inventarlaşdırılmışdır (inventar № 330).[17]
Bəzi mənbələrə görə qala 1765-ci ildə tikilmişdir. Qala divarlarının ümumi uzunluğu 1300 m, şimal tərəfdəki divar 4 m hündürlüyündə, cənub tərəfindəki divar isə 8 m hündürlüyündədir. Qala divarlarının qalınlığı 2.2 m-dir. Qalanın cənub və şimal tərəflərdən iki darvazası və mühafizəsi üçün nəzərdə tutulmuş bürcləri vardır.
1825-cı ilə aid mənbədə göstərilir ki, qala divarları bişmiş kərpiclə tikilmişdir,[18] lakin hal-hazırda divarlar əsasən çay daşından hörülmüş vəziyyətdədir. Firidun bəy Köçərlinin şəhadətinə görə, qalanın divarları elə tikilmişdir ki, yuxarıdan baxdıqda adı ərəb əlifbası ilə "Məhəmməd… (xan)" kimi oxunur.[19][20]
Xanlıq dövründə qalada xanın özü, ailəsi, qohumları yaşayırdılar. İndi "Şəki xan sarayı" adlanan bina isə o vaxt Divanxana idi. 1819-cu ildə ruslar Şəki xanlığını ləğv etdikdən sonra Divanxana Şəhər məhkəməsi (городской суд) adlandı. Qalanın 1819-cu ildə tərtib edilmiş təsvirində göstərilir ki, Divanxana və yanındakı hissə (alkov) (1-ci korpus), İsmayıl xanın anasına aid (2-ci korpus), arvadına aid (3-cü korpus) hissələr birlikdə Məhəmmədhəsən xanın evi idi və bu ev 3 tərəfdən mazğallı divarlarla, mazğallı bürclərlə əhatə olunmuşdu. 1-ci korpusun alkov hissəsi istisna olmaqla, bütün evi Məhəmmədhəsən xan tikdirmişdir. Alkov isə Cəfərqulu xanın dövründə tikilmişdi. Məhəmmədhəsən xanın evi ilə yuxarı qapı arasında Hacı xana (Hacı Çələbi xan, yaxud Hacı Əbdülqadir xan?) aid 3 otaqlı ev və digər yardımçı tikililər, yuxarı qapının sağında isə onun bişmiş kərpiclə tikdirdiyi məscid vardı… 1819-cu ildən sonra qalada rus əsgərlərinin qalması üçün kazarmalar və digər təyinatlı binalar tikildi. 1828-ci ildə ruslar xanın şəxsi ev məscidini kiçik kilsəyə çevirdilər. Qalada hal-hazırda mövcud olan və "Dairəvi məbəd" adlanan tikili isə Şəki qəzası ərazisində yeganə pravoslav kilsəsi idi. Bu kilsənin arxasındaki torpaq sahəsində isə Nuxada vəfat etmiş rus məmurları dəfn olunurdu. Rəşid bəy Əfəndiyevin yazdığına görə qalanın 4 küncündəki 4 böyuk dairəvi bürcü də ruslar topdan atəş açmaq üçün tikmişdilər. 1895-ci ildə qalada türmə binası inşa edilmiş və bu, XX əsrin 60-cı illərinə qədər öz təyinatı üzrə fəaliyyət göstərmişdi.
1867-ci ildə çap olunmuş mənbədə göstərilir ki, qalada Şəki xan sarayından başqa, pravoslav kilsəsi və 14 bina mövcud olmuşdur.[21]
Lakin XX əsrin ortalarında mütəxəssislər qala ərazisinə baxış keçirərkən bu qənaətə gəlmişlər ki, 6 ha ərəzini ədatə edən qalanın içində məscid istisna olmaqla, Şəki xan sarayından başqa, xana aid heç bir tikili saxlanılmamışdır.[22]
Nuxa qalasının adı Lev Tolstoyun məşhur "Hacı Murad" povestində də çəkilir. Belə ki Şeyx Şamilin ruslara əsir düşmüş ən yaxın silahdaşlarından biri olan Hacı Murad 1851–1852-ci illərdə bu qalada saxlanılmışdı.
2014-cü ilin əvvələrindən qaladakı müxtəlif təyinatlar üzrə istifadə edilən tikililərin əksəriyyəti həmin təşkilatlardan (xəstəxanalar və s.) boşaldılmışdır. Məqsəd həmin tikililərin təmiri və bərpasıdır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.