model From Wikipedia, the free encyclopedia
Nozomi Sasaki (佐々木 希, Sasaki Nozomi?, 8 fevral 1988[1], Akita)[2] – Yaponiya qlamur modeli və keçmiş dəb modeli.[3]
Nozomi Sasaki | |
---|---|
yap. 佐々木希 | |
Doğum tarixi | 8 fevral 1988[1] (36 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | aktrisa, model[d], fotomodel[d], tarento[d], müğənni |
Fəaliyyət illəri | 2002-ci ildən |
s-nozomi.com topcoat.co.jp/nozomi_sas… |
|
Vikianbarda əlaqəli mediafayllar |
Yeddi il dəb modeli kimi işlədikdən sonra qravür idolu kimi məşhurlaşmış, 2009-cu ildən "Dream" qarışıq döyüş sənətləri turnirinin və "K-1" kikboksinq yarışının şərhçilərindən biri olmuşdur.[4][5]
2008-ci ildən bəri 8 fotokitab və 3 DVD buraxmış, bir çox televiziya, jurnal və reklamlarda görünmüşdür. Dəb və kosmetika reklamları ilə yanaşı Coca-Cola şirkətinin yaşıl çay məhsulları, Suntory firmasının 3 içki məhsulu, So-net, Willcom, Fujifilm, Kao, Rohto Pharmaceutical şirkətlərinin reklamlarında oynamışdır. Seiko şirkəti Tisse brendini ona həsr etmişdir. 2010-cu ilin iyununda ona həsr olunmuş Cotton Cloud aksessuar brendi yaradılmış və Haracukuda ilk mağazası açılmışdır.[3]
2010-cu ildə musiqi karyerası başlamış və "Kamu to Funyan" (噛むとフニャン?) sinqlı ilə debüt etmişdir. Bu sinql Lotte Fit firmasının saqqız reklamlarında istifadə olunmuşdur. Sasakinin debüt albomu olan "Nozomi Collection" 18 aprel 2012-ci ildə buraxılmışdır.
2017-ci ildə komediyaçı və aparıcı Ken Vatabe ilə evlənmişdir.[6] Cütlüyün bir uşağı var.[7]
Modellik karyerasına 14 yaşında başlamışdır. Kolleksiyalar, eləcə də, dəb və kosmetika reklamları üçün modellik etmişdir. Növbəti illərdə "Pinky" jurnalı üçün modellik etmişdir. 2007-ci ilin iyulunda Emi Suzuki ilə birlikdə "Pinky" jurnalının üzlüyündə yer almışdır.[3]
İddialara görə həmin dövrdə Sasaki modellik karyerasını başa çatdırmaq istəsə də, Suzuki onu kəşf etmiş və reklam modelliyi sahəsinə cəlb edən şəxs olmuşdur.[8]
Sasaki "Pinky", "Non-no", "Oggi" jurnallarının modeli olmuşdur. Hazırda isə "With" jurnalı üçün modellik edir.
Müəyyən çəki əldə etdikdən sonra 2005-ci ildə "Young Jump" həftəlik manqa jurnalında qlamur model (qravür idol) kimi debüt etmiş,[9] daha sonra 2006-cı ildə "Pinky" dəb jurnalının qravür idolu olmuşdur.[10] 2007-ci ilin mayında "Young Jump" jurnalının üzlüyündə yer almışdır.[11]
2008-ci ilin avqustunda "Nozomi" adlı ilk fotokitabını,[12] 2009-cu ilin sentyabrında isə "Weekly Young Jump Premium DVD: nozomi" adlı ilk DVD-sini buraxmışdır.[13] 2009-cu ildə ikinci DVD-si "Dolly"[14] və iki fotokitabı ("Nozomi Sasaki mələk sevgisində" və "Non") buraxılmışdır.[3][15]
2010-cu ildə dördüncü fotokitabı olan "Prizma"nı buraxmışdır.[16] Döş ölçüləri qravür idol karyerası üçün çox kiçik olsa da, artıq 2010-cu ildə çox uğurlu qravür idola çevrilmişdir.[17]
Hımin dövrdə onun kimi modellərə çox vaxt yer verməyən "Non-no" dəb jurnalında görünməyə başlamışdır. Peşəkar modeldən çox qravür idol kimi məşhurlaşdıqdan sonra jurnalın yaz kolleksiyasında tez-tez görünmüş və jurnalın üzlüyündə yer almışdır. Jurnala qatılmasından sonra jurnalın tonu dəyişmiş, hətta tənqidçilər Nozomi Sasakinin jurnalı məhv etdiyini iddia etmişdirlər.[18]
Sasaki 2009-cu ildən bəri 10-dan çox televiziya verilişində və 20-dən çox televiziya reklamında görünmüşdür. Onun televiziyada ilk böyük performansı Lotte firmasını Fit's saqqızlarının reklamında olub. Onun reklamda ifa etdiyi rəqs məşhur olmuş, şirkət ilk beş ayda 40 milyondan çox saqqız satmışdır.[19]
2009-cu ilin martında Sasaki Yaponiya Jurnal Nəşriyyatları Assosiasiyasının bir kampaniyasının siması seçilmişdir. Həmin ilin iyul-avqust aylarındakı bu kampaniya zamanı 300-dən çox jurnalda görünmüş, kitabxana və kitab evlərindəki 30.000-dən çox posterdə, Tokio qatarlarındakı 100.000-dən çox posterdə yer almışdır.[20]
"Yaraşıqlı kostyum" filmindəki kiçik rolu ilə aktrisa kimi debüt etmişdir. 2009-cu ildə "Mələk sevgisi" filmində ilk dəfə baş rollardan birini canlandırmışdır.[21] Film Yaponiyada uğur gətirmiş və onu aktrisa kimi məşhurlaşdırmışdır. 2010-cu ildə "Doyo qızı" serialında liseyin sumo komandasına məşqçilik edən bir modeli canlandırmışdır. Bu, onun bir serialdakı ilk baş rolu olmuşdur.[22]
2017-ci ildə çəkilmiş "Konq: Kəllə adası" filminin yaponca dublajı üçün əsas personajlardan birini dublaj etmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.