![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/85/Northrop_F-5E_%2528Tail_No._01557%2529_061006-F-1234S-073.jpg/640px-Northrop_F-5E_%2528Tail_No._01557%2529_061006-F-1234S-073.jpg&w=640&q=50)
Northrop F-5
From Wikipedia, the free encyclopedia
F-5A/B Freedom Fighter (Azərbaycanca: Azadlıq döyüşçüsü) və F-5E/F Tiger II (Azərbaycanca: Pələng II) aşağı qiymətli və təmir baxımından asan olan inkişaf etdirilmiş təlim təyyarələridirlər. SSRİ və Şərq Blokundakı həmkarı Mig-21 hesab edilir. Amerika Birləşmiş Ştatları Hərbi Hava Qüvvələrindəki Top Gun üslublu döyüş təlimi məktəblərində bir təlim təyyarəsi olaraq istifadə olunur. Ucuz qiymətinə görə daha çox iqtisadiyyatı zəif olan ölkələr tərəfindən üstünlük verilmişdir. F-5 çox məqsədli bir təyyarədir və çox yüksək manevr qabiliyyətinə malikdir. Hava Müharibələri üçün Sidewinder raketləri daşıya bilər. Həm də qurudan hücumlar üçün bomba və raketlər daşıyır. F-5B adlı iki nəfərlik bir təlim versiyası, həmçinin də RF-5 adlı bir fotoreskonsans (fotokəşfiyyat) versiyası mövcuddur. F-5 bir çox ölkədə lisenziya əsasında istehsal olunur.
Northrop F-5 | |
---|---|
![]() | |
Hazırlayan | Northrop Corporation |
İstehsalçı | Northrop Corporation |
İlk uçuş |
30 iyul 1959 (F-5A) 11 avqust 1972 (F-5E) |
İstismara verilmə tarixi | 1962 |
İstismarçılar | |
Buraxılış sayı |
836 A/B/C 1,400+ E/F |
Vahidinin qiyməti | 2,1 milyon $ (Amerikan dolları) (F-5E) |
Baza modeli | Northrop T-38 Talon |
![]() |