From Wikipedia, the free encyclopedia
Non-no (ノン-ノ?) – Shueisha nəşriyyatı tərəfindən nəşr olunan Yaponiya dəb və həyat tərzi jurnalı. Qızlar üçün nəzərdə tutulub. Tokio şəhərində nəşr olunur.[4]
Jurnalın oğlanlar üçün nəzərdə tutulmuş versiyası "Men's Non-no" ilk dəfə 1987-ci ildə nəşr olunub.
"Non-no" 1971-ci ildə iki həftəlik jurnal kimi qurulmuşdur.[5][6][7] İlk buraxılışı 1971-ci ilin fevralında işıq üzü görmüşdür.[8] Jurnalın adı aynu dilində "çiçək" mənasına gələn sözdən gəlir. "CanCam" jurnalı kimi "Non-no" jurnalı da Yaponiyanın köklü dəb jurnallarından biridir. Jurnal yeniyetmə və 20 yaşlarında olan qızlar üçün nəzərdə tutulub.[7]
Dedi-qodulara köklənmək əvəzinə "Non-no" jurnalı oxucularını öz kimliklərini inkişaf etdirməyə kömək edən materiallarla tanış edir.[9]
25 may 1987-ci ildə Shueisha nəşriyyatı jurnalın oğlanlar üçün versiyası olan "Men's Non-no" jurnalını qurmuşdur.[10]
1978-ci ildə jurnalın tirajı 850 min idi,[7] 2014-cü ildə isə bu rəqəm 1 milyondan çox olmuşdur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.