Nohur
From Wikipedia, the free encyclopedia
Nohur (rus. пруд, ing. pond, pool) — sahəsi 1 km²-dən böyük olmayan süni su hövzəsi, kiçik çay dərələrində, qobularda, yarğanlarda qazma və bənd tikmə yolu ilə yaradılır. Səth və ya yeraltı sularla dolur.[1]
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/8b/Pond-001.jpg/640px-Pond-001.jpg)
Bu adın digər istifadə formaları üçün bax: Nohur (dəqiqləşdirmə).
Nohur su təchizatı, suvarma, balıqyetişdirmə və su quşlarının çoxaldılması üçün, eləcə də sanitar və idman məqsədilə yaradılmış süni su hövzəsidir.