From Wikipedia, the free encyclopedia
Noel Kempf Merkado Milli Parkı — Cənubi Amerikada, Boliviya respublikasında yerləşən milli park. 2000-ci ildən Dünya irsi siyahısındadır.
Amazon çayı hövzəsində yerləşən Noel Kempf Merkado Milli Parkı dünyada bioloji cəhətdən ən rəngarəng bölgələrindən biridir. Yüksəkliyi 200–1000 metr arasında dəyişən milli parkın sahəsi 750.000 ha-dır. Park Amazon yağış meşələri ilə quru meşələr və Serrado ovalarının birləşdiyi keçid bölgəsindədir. 5 fərqli təbii mühitdən ibarətdir: yaylalarda daim yaşıl olan ağacların meydana gətirdiyi meşələr, enliyarpaqlı ağaclardan ibarət meşələr, düzənliklər, su düzənlikləri və sulaq meşələr.
Təxminən florası 4000 növ bitkidən, faunası 600 quş növündən və müxtəlif canlı növlərindən ibarətdir. Bunların arasında nəhəng su samurları, Amerika tutuquşusu, nəhəng armadillolar, çəhrayı çay delfinləri, yallı qurdlar, bataqlıq və düzənlik maralları sayıla bilər.
Bura 28 iyun 1979-cu ildə milli park halına gətirilmişdir. İlk adı Xuançanaka Milli Parkı (Parque Nacional Huanchaca) olsa da, daha sonra parkda apardığı elmi işlər səbəbiylə vəfat etmiş Noel Kempf Merkadonun xatirəsinə Noel Kempf Merkado Milli Parkı (Parque Nacional Noel Kempff Mercado) olaraq dəyişdirilmişdir.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.