From Wikipedia, the free encyclopedia
Nobutsuna Sasaki (佐佐木 信綱?, 8 iyul 1872[1][2], Suzuka[d], Mie prefekturası – 2 dekabr 1963, Kamakura, Kanaqava prefekturası) – Yaponiya ədəbiyyatşünası və vaka şairi.
Nobutsuna Sasaki | |
---|---|
yap. 佐佐木信綱 | |
Doğum tarixi | 8 iyul 1872[1][2] |
Doğum yeri |
|
Vəfat tarixi | 2 dekabr 1963 (91 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Təhsili | |
Fəaliyyəti | şair, yazıçı, vaka şairi |
Mükafatları | |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
1872-ci ildə Mie prefekturasında bir kokuqaku aliminin oğlu kimi dünyaya gəlmişdir.[3] 1888-ci ildə Tokio Universitetindən məzun olmuş və yapon dilində ixtisaslaşmışdır.[3]
Sasaki Yaponiya klassikləri haqqında rəylər, eləcə də, vakalar, marşlar və mahnılar nəşr etdirmişdir.[3] İlk vaka kolleksiyası olan "Omoiqusa" 1903-cü ildə çapdan çıxmışdır.[3] 1905-ci ildə Tokio Universitetində mühazirələr verməyə başlamış, bu dövrdən sonra vaxtını "Manyoşu" və vaka tarixi haqqında yazılar yazmağa sərf etmişdir.[3] O, Yaponiya klassikləri haqqında ətraflı araşdırmalar aparmışdır.[3] 1912-ci ildə "Şinqetsu" adlı ikinci vaka kolleksiyasını nəşr etdirmişdir.[3] 1917-ci ildə Yaponiya Elmlər Akademiyasının mükafatına layiq görülmüşdür.[3]
1931-ci ildə Tokio Universitetindəki işini tərk edərək təqaüdə çıxmışdır.[3] 1937-ci ildə Mədəniyyət ordeni ilə təltif olunmuşdur.[3] "Sakka haçicuninen" (1959) kimi bəzi avtobioqrafiyaların müəllifidir.[3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.