Noam Çomski
From Wikipedia, the free encyclopedia
Avraam Noam Çomski (ing. Abraham Noam Chomsky; 7 dekabr 1928[1][2][…], İst Ouk Leyn[d], Pensilvaniya[3]) — ABŞ linqvisti [lower-alpha 1], filosofu,[12][13] tarixçisi [lower-alpha 2] və politoloqu. Çomski "müasir dilçiliyin atası"[14][15][16] kimi qəbul edilir və analitik fəlsəfənin ən böyük nümayəndələrindən hesab edilir.[12] Yəhudi əsilli Rusiya köçkünü Uilyam Çomskinin oğludur. Çomski Massaçusets Texnologiya İnstitutunda dilçilik üzrə professordur. Öz adıyla adlandırdığı "Çomski iyerarxiyası"nın yaradıcısıdır.
Noam Çomski | |
---|---|
ing. Noam Chomsky | |
Doğum adı | Avram Noam Chomsky |
Doğum tarixi | 7 dekabr 1928(1928-12-07)[1][2][…] (95 yaş) |
Doğum yeri |
|
Atası | Uilyam Çomski[d] |
Elm sahələri | dilçilik, dil fəlsəfəsi, psixologiya, koqnitiv elm, Təfəkkür fəlsəfəsi, etika, siyasət |
Elmi dərəcəsi |
|
İş yeri |
|
Təhsili |
|
Üzvlüyü |
|
chomsky.info | |
Vikianbarda əlaqəli mediafayllar |
İdeoloji cəhətdən anarxizm və azad sosializm tərəfdarıdır, Çomski müasir kapitalizmin[17] və ABŞ-nin xarici siyasətinin alovlu tənqidçisi kimi tanınır.[18]
Çomski Filadelfiyada fəhlə sinfindən olan Aşkenazi ailəsində anadan olmuşdur. Erkən yaşlarından Nyu-Yorkdakı alternativ kitab dükanlarından anarxizmlə maraqlanmışdır. Pensilvaniya Universitetində təhsil almış, Harvard Araşdırmaçılar Cəmiyyətindəki bakalavr üstü araşdırması zamanı inkişaf etdirdiyi transformasianal qrammatika nəzəriyyəsi barədə 1955-ci ildə doktorantura işini müdafiə etmişdir. Elə həmin ildə də MİT-də dərs deməyə başlamışdır. 1957-ci ildə "Sintaktik strukturlar" adlı elmi əsəri ilə dilçilik sahəsində önəmli fiqur halına gəlmişdır. Onun bu əsəri dilçilik elminin yenidən modelləndirilməsində mühüm rol oynamışdır. 1958-ci ildən 1959-cu ilə qədər Qabaqcıl Elm İnistitutunun Milli Elm Fondunun araşdırmaçısı kimi çalışmışdır. O, generativ qrammatika nəzəriyyəsinin, universal qrammatika nəzəriyyəsinin, Çomski iyerarxiyasının və minimalist proqramın yaradıcısı və ya yaradıcılarından biridir. Çomski biheviorizmin təsir dairəsinin azaldılmasında mühüm rol oynamış və B.F. Skinnerin ən böyük tənqidçilərindən olmuşdur.
ABŞ-nin Vyetnam müharibəsindəki siyasətinin açıq tənqidçisi olan Çomski bu müharibəni Amerika imperializmi aktı kimi qəbul edirdi. O, 1967-ci ildə özünün müharibə əleyhdarlığı barədə düşüncələrini izah etmək üçün yazdığı "İntelektualların məsuliyyəti" adlı essesi ilə xalqın diqqətini özünə çəkə bilmişdi.
"Yeni sol" təşkilatı ilə birgə çalışan Çomski dəfələrlə öz aktivist fəaliyyətinə görə həbs edilmiş və ABŞ prezidenti Riçard Niksonun düşmənlərinin siyahısında yer almışdır. Dilçilik sahəsindəki araşdırmalarını onillərlə davam etdirən Çomski, həmçinin, dilçilik "müharibələrinə" səbəb olmuşdur. Edvard S. Herman ilə birlikdə yazdığı "İstehsal razılığı: kütləvi informasiya vasitələrinin siyasi iqtisadiyyatı" kitabında mətbuatı tənqid etmiş və İndoneziyanın Şərqi Timoru işğal etdiyini bildirmişdir. Onun Holokostun inkarı daxil, ifadə azadlığını müdafiı etməsi 1980-ci illərin " Forisson işi"ndə böyük mübahisələrə səbəb olmuşdur.
MİT-dən təqaüdə ayrıldıqdan sonra siyasi fəaliyyətini yenidən davam etdirdi. 2003-cü ildə ABŞ-nin İraqı işğal etməsinə qarşı çıxmış və "İşğal hərəkatı"nı dəstəkləmişdir. 2017-ci ildən Arizona Universitetində dərs deməyə başlamışdır. O, sağ olan və ən çox istinad edilən elm adamlarından biridir. Akademik sahədə bir çox cərəyanlar formalaşdırmışdır. İnsan haqda elmlərin, dilçilik və şüur sahəsində bir çox araşdırmaların və nəzəriyyələrin müəllifidir. Hələ də davam edən akademik fəaliyyəti ilə yanaşı, Çomski ABŞ xarici siyasətinin, neoliberalizmin, müasir dövlət kapitalizminin, Ərəb-İsrail münaqişəsinin və xəbər mətbuatının əsas axınının tənqidçisidir. Onun ideyaaları antikapitalist və antiimperialist hərəkatlara yüksək dərəcədə təsir göstərmişdir, lakin bəzi tənqidçiləri onu antiamerikanizmdə ittiham edir.