Nizami Gəncəvinin heykəli (Kişinyov)
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Nizami Gəncəvinin heykəli — görkəmli Azərbaycan şairi, Nizami Gəncəvinin Moldovanın paytaxtı Kişinyov şəhərində 2005-ci ildə qoyulmuş heykəli. Abidənin heykəltaraşı Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Akif Əsgərov, memarı isə Moldovanın əməkdar memarı Semyon Şoyxetdir[1].
Nizami Gəncəvinin heykəli | |
---|---|
47°02′55″ şm. e. 28°51′24″ ş. u.HGYO | |
Ölkə | Moldova |
Şəhər | Kişinyov |
Yerləşir | Kişinyov |
Heykəltaraş | Akif Əsgərov |
Memar | Semyon Şoyxet |
Tikilmə tarixi | 2005 |
Material | tunc |
Abidənin açılış mərasimi 2005-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin Moldovaya rəsmi səfəri çərçivəsində baş tutmuşdur. Abidənin qoyulması fikri Vüqar Novruzovun rəhbərlik etdiyi Moldova Azərbaycanlıları Konqresinə məxsusdur.
12 noyabr 2012-ci ildə əsaslı yenidənqurma və bərpadan sonra Nizami Gəncəvinin adını daşıyan parkın açılışı olub. Tədbirdə Moldovanın mədəniyyət naziri Boris Fokşa, Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev, Moldovanın tanınmış ziyalıları çıxış ediblər[2].
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.