From Wikipedia, the free encyclopedia
Akif İzzətulla oğlu Əsgərov (1 may 1940, Naxçıvan – 18 noyabr 2023, Bakı) — heykəltaraş, Azərbaycan Respublikasının xalq rəssamı (2018).
Akif Əsgərov | |
---|---|
Doğum tarixi | 1 may 1940 |
Doğum yeri | |
Vəfat tarixi | 18 noyabr 2023 (83 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | heykəltaraş |
Təhsili |
|
Janr | heykəltaraşlıq |
Tanınmış işləri | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
1 may 1940-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur[1]. O, 1958–1963-cü illərdə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində, 1963–1969-cu illərdə indiki Leninqrad indiki Sankt-Peterburq şəhərində M. K. Anikuşinin emalatxanasında təhsil almışdır. Onun 1978-ci ildə tuncdan tökülmüş "Su içərkən" adlı heykəl kompozisiyası Rəssamlıq Akademiyasının diplomuna layiq görülmüşdür. Akif Əsgərovun yaradıcılığının əsasını dəzgah və monumental heykəltəraşlıq təşkil edir.
Akif Əsgərov "İblis", "Topal Teymur", "Şeyx Sənan", "Su içərkən", "Rəfiqələr"(1986), "Oturan qız"(1992), "Qız fikir dünyasında", "Oğlan uşaqları xalça üstündə"(1994), "Ayaq üstündə duran çılpaq qız" və s. dəzgah heykəllərinin yaradıcısı olmuşdur.
Heykəltəraş "General şəhidlərə abidə" (1996, Urmiya), Yusif Məmmədəliyevin abidəsi (1998, Bakı), Bülbülün abidəsi(2012, Bakı), Nizami Gəncəvinin büstü (2001, Kişnyov), Əli Mərdan bəy Topçubaşovun Qəbirüstü abidəsi(2002, PAris), Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin büstü (2005, Sloveniya), Frideş Podmanskinin xatirə lövhəsi (2010, Budapeşt), Ulu Öndər Heydər Əliyevin Abidələri (Şamaxı, Xaçmaz, Quba, Balakən, Zaqatala, Misir, Bakı, Türkiyə, Tbilisi, Qusar 2004–2012-ci illər) və s. heykəllərinin müəllifi, "Xocalı"(2011, Berlin), "Dostluq" (2012, Qnezno) abidələrinin həmmüəllifidir. Akif Əsgərov 1970–1972-ci illərdən SSRİ Rəssamlar İttifaqının üzvü, 2016-cı ildən Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü olmuşdur.
1986-cı ildə Zaqafqaziya Respublikaları Biennalisində qızıl medala layiq görülmüşdür.
Heykəltaraşın işləri nəinki Azərbaycan muzeylərində, həmçinin müxtəlif ölkələrin muzeylərinin daimi ekspozisiyalarını bəzəyir. Əsərlərləri Fransa, Almaniya, ABŞ da, Türkiyədə, İngiltərədə şəxsi kolleksiyalarda saxlanılır. Bunlardan Volqoqrad İncəsənət muzeyində saxlanılan "Mənim qızım" və Moskvada Tretyakov qalereyasında saxlanılan "Hüseyn Cavid" heykəllərinin adını çəkmək olar.
Bakı şəhərində yerləşən akademik Yusif Məmmədəliyevin abidəsinin müəllifi olan Akif Əskərovun heykəlləri İranda və Türkiyədə də (Balerina, Səhnə) yerləşir.
Müxtəlif sərgilərdə iştirak edən heykəltaraşın şəxsi sərgisi 1997-ci ildə Bakıda keçirilmişdir. Ekspozisiyada rəssamın "Balerina", "Bahar" əsərləri nümayiş etdirilir.
Akif Əsgərov 18 noyabr 2023-cü ildə 83 yaşında vəfat etmişdir.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.