![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/13/Subvocal_speech_recognition.jpg/640px-Subvocal_speech_recognition.jpg&w=640&q=50)
Nitqin tanınması
From Wikipedia, the free encyclopedia
Nitqin tanınması — diktorun verdiyi komandaları və verilənləri qəbul etmək məqsədilə kompüterin tələffüz olunan sözləri başa düşmək bacarığı.[1] Şifahi dilin kompüterlər tərəfindən tanınmasına və mətnə çevrilməsinə imkan verən, metodologiya və texnologiyaları inkişaf etdirən informatika və hesablama dilçiliyinin fənlərarası alt sahəsidir. O, həmçinin avtomatik nitqin tanınması (ASR), kompüterin nitqi tanınması və ya nitqdən mətnə (STT) kimi tanınır. Eyni zamanda kompüter elmləri, dilçilik və kompüter mühəndisliyi sahələrində bilik və tədqiqatları özündə birləşdirir. Əks proses nitqin sintezi adlanır.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/13/Subvocal_speech_recognition.jpg/640px-Subvocal_speech_recognition.jpg)
Bəzi nitq tanıma sistemləri fərdi spikerin mətni və ya lüğəti sistemə oxuduğu "təlim" tələb edir. Sistem şəxsin spesifik səsini təhlil edir və alınan nəticədən həmin şəxsin nitqinin tanınmasını dəqiqləşdirmək üçün istifadə edir. Təlimdən istifadə etməyən sistemlər "müstəqil" sistemlər adlanır.[2]
Nitqin tanınması proqramlarına səsli zəng, zənglərin yönləndirilməsi, avtomatik ev cihazların idarə edilməsi, açar sözlərin axtarışı, sadə məlumatların daxil edilməsi, strukturlaşdırılmış sənədlərin hazırlanması, spiker xüsusiyyətlərinin müəyyən edilməsi[3] və nitqdən mətnə emal kimi səs istifadəçi interfeysləri daxildir.
Səsin tanınması[4][5][6] və ya danışanın identifikasiyası[7][8][9] termini danışanın dediklərini deyil, onun özünü müəyyən etməyə aiddir. Spikerin tanınması konkret şəxsin səsi ilə öyrədilmiş sistemlərdə nitqin tərcüməsi tapşırığını sadələşdirə bilər və ya təhlükəsizlik prosesinin bir hissəsi kimi spikerin kimliyini təsdiqləmək və ya yoxlamaq üçün istifadə edilə bilər.
Texnologiya nöqteyi-nəzərindən nitqin tanınması bir neçə əsas yenilik dalğası ilə uzun bir tarixə malikdir. Bu yaxınlarda bu sahə dərin öyrənmə və böyük verilənlərdə baş verən irəliləyişlərdən faydalanmışdır. İrəliləyişlər təkcə bu sahədə dərc olunan akademik məqalələrin artması ilə deyil, daha da əhəmiyyətlisi dünya sənayesində nitqin tanınması sistemlərinin layihələndirilməsi və tətbiqində müxtəlif dərin öyrənmə üsullarının qəbulu ilə sübut olunur.